Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Parlament MSK-nın yeni tərkibini təsdiqlədi
Tarix: 15-04-2016 | Saat: 13:13
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Parlament MSK-nın yeni tərkibini təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi də təsdiq edilib.

Musavat.com-un məlumatına görə, spiker Oqtay Əsədov gündəlikdəki məsələni müzakirəyə çıxarandan sonra bəzi deputatların fikirləri dinlənilib və yeni tərkib səsverməyə çıxarılaraq təsdiqlənib. Yeni tərkibə Məzahir Pənahov, Natiq Məmmədov, Arifə Muxtarova, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Hüseyn Paşayev və İlkin Şahbazov daxildir. MSK-nın 2010-cu ildə formalaşdırılan tərkibindən Tamam Cəfərovanın və Akif Qurbanovun adları çıxarılıb, onların əvəzinə siyahıya H.Paşayev (YAP) və İ.Şahbazovun (Sosial Rifah Partiyası) adları daxil edilib. M.Pənahov etimada görə parlamentə təşəkkür edib.

Qeyd edək ki, Milli Məclis bugünkü iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər edilməsi barədə Konstitusiya Qanununun ikinci səsverməsi də keçirilib və qəbul olunub.


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___