Konstitusiya Məhkəməsi kredit borclarının hansı məzənnə ilə qaytarılması barədə məsələyə aydınlıq gətirib.
Tarix: 18-04-2015 | Saat: 15:12
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
“Qərarlar əsaslı olmalıdır”.
Məhkəmənin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərar vətəndaşlar arasında bir sıra suallar yaradıb.
“Qeyd edilməlidir ki, hazırda bəzi vətəndaşları kredit borcunun hansı məzənnə ilə qaytarılması sualı maraqlandırır. Mətbuatda bu barədə ayrı-ayrı vətəndaşların fikirləri də yer alıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulur. Həmin sorğu və müraciətə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də baxılacaq.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir və məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidir”. - deyə məlumatda bildirilir.
Xəbəri paylaş
5638 dəfə oxunub.
Digər xəbərlər

26-04-2015, 14:06
Bu gün dünyanın ən arzulanılan qızlarından biri Cici Hadidin 20 yaşı tamam olur.-FOTO
11-07-2018, 19:51
Sabitliyi pozmağa çalışanların hədəfi nədir? - Əhmədov açıqladı
24-02-2017, 14:19
Lerikdəki qar faciəsi ilə bağlı YENİ XƏBƏR
8-02-2017, 21:00
Bunları etsəz, ƏDV ödəyəcəksiz... - Video
30-01-2017, 22:34
İnsanın ölümqabağı son dəqiqələrinin mənası - Tədqiqat
13-03-2021, 22:57
Türkiyənin yeni silahı: “Patriot”lardan üstün olacaq
25-02-2017, 13:17
DİQQƏT: Sabah metronun bu stansiyaları bağlı olacaq
7-01-2016, 18:50
Stilist Samiraldonu parodiya etdi – video
23-11-2020, 09:51
Bakıda ikimərtəbəli ev YANDI
26-04-2022, 15:06
ONU RUSİYADAN AZƏRBAYCANA GƏTİRMƏYƏ NƏ VADAR ETDİ ?