Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin ruslara Türkiyəyə getməyin, Krıma gedin dedi, Ərdoğandan danışdı
Tarix: 14-04-2016 | Saat: 14:34
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Rusiya prezidenti Vladimir Putin suallara cavab verir: "Türkiyədə vətəndaş müharibəsi gedir. Hər gün terror hadisələri olur. Kim təminat verə bilər ki, bizim vətəndaşlarımızın da dincəldiyi yerlərdə bu cür terror hadisələri olmayacaq"
Məlum olduğu kimi, bu gün Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq ölkə ictimaiyyətinin suallarına canlı yayımda, bir başa olaraq cavab verməliydi.
Artıq həmin birbaşa brfinq başlayıb və Putin ölkənin müxtəlif regionlarından ona ünvanlanana suallara cavab verir.
Sualların bir çoxu Türkiyə ilə münasibətlərə həsr olunub. Putin onları cavablandırarkən deyib ki, türk xalqı bizə dostdur, lakin bəzi siyasilərlə problemlər var: "Onlar özlərini adekvat aparmırlar".
19 yaşılı bir qızın sualı isə xüsusi ilə maraqlı olub: "Görsəniz ki, Ərdoğan və Poroşenko batır. Sizin də onlardan yalnız birini xilas etmək imkanınız var. Hansına əl uzadardınız? "
Putin deyib ki, kimsə batmaq istəyirsə, onu xilas etmək mümkün deyil. Lakin kimsə xilas olmaq üçün bizə əlini uzatsa, onu geri çevirməyəcəyik.
Türkiyəyə turistik məqsədlə rusların gedib-getməməsinə dair suallara cavab verən Putin deyib ki, Türkiyə, Tunis və başqa ölkələr təhlükəlidir. O, faktiki olkaraq vətəndaşlarına türkiyəyə getməməyi tövsiyyə edib: "Türkiyədə vətəndaş müharibəsi gedir. Hər gün terror hadisələri olur. Kim təminat verə bilər ki, bizim vətəndaşlarımızın da dincəldiyi yerlərdə bu cür terror hadisələri olmayacaq. Oralar təhlükəlidir. Türkiyə hökuməti öncə təhlükəsizliyi təmin etməlidir. Mən vətəndaşlarımızı tətillərini Kırımda keçirtməyə çağırıram. Oralar dünyanın ən sabit nöqtəsidir".



Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___