Nazir Rusiya KİV nümayəndləri ilə... - Fotolar
Tarix: 14-04-2016 | Saat: 13:48
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Konqres Mərkəzində ölkəmizdə səfərdə olan Rusiya kütləvi informasiya vasitələrinin nümayəndələrini qəbul edib.
İlk olaraq nazir 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıqla bağlı qonaqlara məlumat verib. Mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlıq görüldüyünü diqqətə çatdırıb.
Bildirilib ki, ölkəmizdəki multikulturalizm atmosferin saxlanılması və inkişafı məqsədilə Azərbaycan BMT, UNESCO, İSESCO və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir, layihələrə qatılır. Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi barədə qərar qəbul edilməsi də dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Əbülfəs Qarayev ölkəmizin turizm imkanları haqqında qonaqlara ətraflı məlumat verib.
Qeyd edib ki, Azərbaycan öz turizm potensialını tanıtmaq məqsədilə mütəmadi olaraq beynəlxalq turizm sərgilərində iştirak edir. Ölkəmizdə turizmin inkişafı üçün hər bir şərait mövcuddur:
“Məqsədimiz turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməkdir. Dövlət tərəfindən də bu sahəyə diqqət ayrılıb və ölkə başçısı bu istiqamətdə müəyyən addımların atılması üçün qəti göstərişlər verib”.
Sonra ölkəmizdə hotellər, qiymətlər və xidmətlər haqqında jurnalistlərin suallarını cavablandıran nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olduğunu bildirib. Rusiya KİV-lərinin də bu məsələdə tərəfsiz mövqe tutmalarına, həqiqətləri əks etdirəcəklərinə əminliyini ifadə edib.
Qeyd edək ki, ölkəmizə səfərə gələn Rusiya nümayəndə heyətinə “RİA Novosti”, “My way”, “National Geographic”, “Cosmopolitan”, “Otdoxni” jurnallarının, “RİA Novosti”, “Vesti.Turizm”, “Komsomolskaya pravda”, “Exo Moskvi”, “Moskovsakaya pravda- travel.ru”, “Qazeta.ru”, “TTG” və “100 doroq” qəzetlərinin əməkdaşları daxildir. Səfər çərçivəsində Bakı, Şəki, Naftalan şəhərlərinə və Şamaxı, Qəbələ, Göygöl rayonları ilə tanışlıq keçirilib.
Xatırladırıq ki, bu səfərin təşkilində Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən dəstək göstərilib.
Xəbəri paylaş
6208 dəfə oxunub.
Digər xəbərlər

25-03-2016, 12:18
Anasının qucağında keçinən Namiqin qətli ilə bağlı - YENİ TƏFƏRRÜATLAR
29-11-2019, 18:39
Şahin Əliyev yeni yaradılan şöbənin müdiri təyin edildi
16-05-2017, 21:49
MN Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan tərəfindən vurula biləcəyi barədə KİV-də yayılan xəbərə münasibət bildirib
15-10-2015, 17:24
İlham Əliyev Abid Şərifovla Cavid Qurbanovu Tiflisə niyə göndərdi...
28-09-2021, 10:51
Bakıda maşınları əzərək polisdən qaçan şəxs 3 aylıq həbs edildi
4-09-2015, 04:24
Bekhem oğluna doğum günündə 13,5 milyon avroluq hədiyyə aldı – FOTO
30-04-2016, 12:33
Ekologiya və təbii sərvətlər naziri -Tərtərdə
7-03-2017, 20:36
“İlk dəfədir ki, məni təbrik etmir...” - Aprel şəhidinin xanımı
18-02-2019, 10:58
Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı
2-08-2015, 02:02
Poroşenko Krıma yeni status vermək istəyir