Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Niyə hicab bağlayırsan? Suriyada bir-birinizi öldürürsünüz.Deyənə cavab-VİDEO
Tarix: 18-04-2015 | Saat: 14:09
Bölmə:M / Karusel / Dünya / Xəbəraz TV | çapa göndər

"Niyə  hicab  bağlayırsan? Suriyada bir-birinizi öldürürsünüz.Deyənə cavab-VİDEO
Avstraliyanın Sidney şəhərində bir metroda baş verən hadisə dünya mediasının diqqətinə düşüb.

Xeberaz.az xəbər verir ki, Sidneydə metroda başörtülü müsəlman qadın saqqal saxlayan əri ilə avstraliyalı bir qadının hücumuna məruz qalıb.

Adı bəlli olmayan avstraliyalı qadın müsəlman qadını hicab bağladığına görə, terrorçuluqda ittiham edib.

"Niyə hicab bağlayırsan? Suriyada bir-birinizi öldürürsünüz. Keniyada sizin uşaqlarınız xristianları öldürür."

Lakin müsəlman qadın və onun həyat yoldaşı bu təhqirlərə əhəmiyyət verməyib. Avstraliyalı qadının müsəlman ailəyə hücum etdiyini görən, Stacey Eden adlı bir gənc xanım münaqişəyə müdaxilə edib.

Stacey Eden hicab və saqqala görə, müsəlmanların terrorçu adlandırmasının yanlış olduğunu bildirərək, adı bəlli olmayan avstraliyalı qadına sərt şəkildə cavab verib.


"O hicab bağlayır. Çünki vücudunun görünməsini istəmir . Sənin kimi insanların oturduğu yerdən hörmətsizlik etmir. Nə etdiklərinin sənə dəxli yoxdur, bir az hörmət göstər, hörmət."

Lakin qadın bu sözlərdən sonra da susmayaraq cütlüyün başörtüsü bağladığı və saqqal saxladığı üçün, IŞİD-i dəstəklədiyini irəli sürüb.

Qadının ittihamlarından əsəbləşən Stacey ona sərt şəkildə etirazını bildirib.

"Bu zərərsiz qadından nə istəyirsən ? Əgər deyəcək yaxşı bir sözün yoxdursa bağla çənəni."

Stacey metrodakı davanın videosunu paylaşdıqdan sonra, sosial mediada qəhrəman elan edildi.

[media=https://youtu.be/bTXX6IDmLCI]


Xəbəri paylaş

6928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___