Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İğdırda Ermənistan sərhədində yüzlərlə Azərbaycan bayrağı açılib
Tarix: 09-04-2016 | Saat: 20:23
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İğdırda Ermənistan sərhədində yüzlərlə Azərbaycan bayrağı açılib

Türkiyənin İğdır vilayətində Ermənistan sərhədinin qarşısında Azərbaycana dəstək mitinqi keçirilib.

APA TV-nin xəbərinə görə, mitinqdə minlərlə İğdır sakini iştirak edib. Azərbaycan və Türkiyə bayraqları ilə gələn mitinq iştirakçıları Ermənistan əleyhinə plakatlar qaldırıb.

Əlican sərhəd məntəqəsi Gömrük binasının qarşısında toplanan mitinq iştirakçıları Qarabağ və Türkiyə şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. İstiqlal marşı oxunduqdan sonra Şıx Ali Rıza Pozan Qurani-Kərim oxuyub.

Mitinqdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq Federasiyaları Dərnəyinin başqan müavini Sərdar Ünsal Türkiyənin, Türk xalqının Azərbaycanın yanında olduğunu bildirib: "Erməniləri qınamaq üçün burda dayanmışıq. Buradan Ermənistana, onun ağa-babası Rusiyaya, Avropa Birliyinə səslənirik. Azərbaycan yalnız deyil. Türk dövləti olaraq, Türk milləti olaraq Azərbaycanın yanındayıq. Azərbaycan üçün savaşmağa da hazırıq. Bunu bütün dünya belə bilsin".

Sərdar Ünsal 90-cı illərin əvvəllərində ermənilərin ruslardan aldığı silahlarla Azərbaycanın torpaqlarını işğal etdiyini, indi də atəşkəsi ermənilərin pozduğunu qeyd edib: "Amma bu gün Azərbaycan Qafqazın parlayan bir ulduzudur. Güclü ordusu ilə, güclü silahları ilə ermənilərə lazım olan dərsi verib. İşğal edilən bir qisim torpaqları geri alıb. Burdan ermənilərə səslənirəm. Sizi hər kəs yaxşı tanıyır. Burda toplanan insanların içində ermənilərin etdiyi qətliamın acısını ürəyində duymayan yoxdur. 1915-1920-ci ildə ermənilər İğdırda, Türkiyənin müxtəlif bölgələrində, Azərbaycanda qətliam törədiblər. Bu gün Oba kəndinə, Gedikli kəndinə, Hakməmməd kəndinə getsək, ermənilərin törətdiyi qətliamı görə bilərik. 1992-ci ildə bu ermənilərin nəvələri təəssüf ki, Xocalıda əsrin soyqırımı deyəcəyimiz, ərin faciəsi deyəcəyimiz soyqırımı törədiblər".

Sərdar Ünsal mitinq iştirakçıları adından dünyaya səslənib: "Ermənilərə dəstək verən, Türkiyəni hər fürsətdə günahlandırmaq üçün bəhanə axtaran dünyaya, Avropa dövlətlərinə səslənirik. Gəlin İğdırdakı, Xocalıdakı ermənilərin törətdikləri qətliamları görün. Çünki ermənilər faşist bir millətdir və bunların gücü ancaq müdafiəsiz arvad-uşağa, qocalara yetər. Azərbaycan torpaqlarından çıxıb gedəcəklər. Qarabağda Azərbaycan bayrağı bir daha dalğalanacaq".

Mitinq böyük coşğu ilə başa çatıb.


Xəbəri paylaş

5278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___