Qarabağı 3 min erməni tərk etdi - BQXK-dan açıqlama
Tarix: 06-04-2016 | Saat: 14:57
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Üç minə yaxın erməni Dağlıq Qarabağda qoşunların təmas xəttindəki gərginliyə görə ərazini tərk edib”.
"Xəbəraz.az " anspress-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi Zaru Amatuni bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağda yardım və digər ehtiyacların miqyası böyükdür. Hələ də kömək üçün müraciətlər davam edir. İlkin hesablamalara görə, Dağlıq Qarabağın 3 minə yaxın sakini evlərini tərk edib. "Təşkilatımız tez-tez səhiyyə sistemində olan şəxslərlə əlaqə saxlayır. Ötən gün Xankəndi xəstəxanasına yaralılar üçün tibb dəstləri - dərman və sarğı materialları göndərmişik. Hazırda həm də evlərini tərk etdikləri üçün yaşayış yerinə ehtiyacı olan ailələrlə işləyirik. İndiyədək BQXK-nin 15 əməkdaşı Dağlıq Qarabağa göndərilib. Amma zərurət yaranarsa, təşkilat daha çox əməkdaşı verməyə hazırdır", - deyə Zaru Amatuni qeyd edib.
Aprelin 2-nə keçən gecədən bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Cəbhə xəttində baş verən hadisələrdən sonra Dağlıq Qarabağda məskunlaşan ermənilər bu əraziləri tərk etməyə başlayıblar. Bunu hətta ermənilər özləri, təmas xəttində olan jurnalistlər də etiraf ediblər.
Xəbəri paylaş
6838 dəfə oxunub.
Digər xəbərlər

19-01-2018, 14:40
Adam sənə baxanda ürəyi bulanır" - əməkdar artistdən Maral Tahirqızına
14-02-2018, 12:56
Androidlə çalışan qurğular kütləvi şəkildə virusa yoluxur
22-12-2015, 22:05
Günəşdə güclü partlayışlar baş verib
29-07-2015, 00:03
Zamiqdən yeni klip - Video
19-10-2015, 01:50
Gürcüstan xarici işlər naziri Bakıya gəlir
2-06-2022, 11:08
Pike Şakiraya xəyanət etdi
22-02-2016, 12:06
Vergidən yayınan şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib
5-01-2016, 21:59
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
22-07-2015, 11:12
Azərbaycanda daimi iş yerlərinin sayı açıqlandı