Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Parlamentdə savaş çağırışları
Tarix: 05-04-2016 | Saat: 14:38
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Parlamentdə savaş çağırışları

Fəzail Ağamalı: “Ordumuz silahını yerə qoymamalıdır”

Fuad Muradov: “Sarkisyan hərbi cinayətkar kimi beynəlxalq məhkəməyə verilməlidir”

Milli Məclisdə Ombudsman Elmira Süleymanova hesabatını təqdim etsə də, müzakirələr daha çox Qarabağ döyüşləri ilə bağlı getməkdədir.

YAP-çı deputat Siyavuş Novruzov çıxışında sədarətə xitabən xahiş etdi ki, hesabat müzakirəsiz qəbul olunsun: “Bu gün bizim hamımızın ürəyi Qarabağdadır”.

“İllərdən bəri Azərbaycan ordusu Azərbaycana qələbənin dadını dadızdırdı. İnanıram ki, bu qələbələr davamlı olacaq. Biz bu qələbəni sona çatdırmalıyıq. Beynəlxalq təşkilatlar Azərbaycana müraciət etmək əvəzinə, Ermənistana sanksiyalar tətbiq etməlidir ki, nəhayət, işğalçı qoşunlar torpaqlarmızı tərk etsin”, - deyə Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı bu fikirləri söylədi.

O, son günlər Qarabağ cəbhəsində qazandığımız uğurlardan da danışdı və ordumuzu təbrik etdi: “Nə qədər ki, Ermənistanın sonucu əsgəri ərazilərimizdən çıxmayıb, bizim ordumuz silahını yerə qoymamalıdır. Bu gün Azərbaycan xalqı dövlətlə, ordu ilə bir yerdədir. Azərbaycan xalqı, ordusu və prezidenti bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var. Biz xarici dəstəkdən istifadə edib, ermənilərə öz yerini göstərməliyik. Son uğurlu əməliyyatlara görə cənab prezidentə, müdasfiə nazirinə, igid əsgərlərimizə öz minnətdarlığımızı bildiririk”.

Deputat Fuad Muradov da Qarabağdakı uğurlarımıza görə təbriklərini söylədi: “Bu gün ermənilər post qurur ki, hərbçilər döyüş meydadından qaçmasın. Biz isə post qururuq ki, könüllülərimiz, gənclərimiz döyüş bölgəsinə keçməsinlər”.

F.Muradov Ombudsmandan öz nüfuzundan istifadə edərək, hərbi cinayətlər törədən Sarkisyan və digərləri barədə beynəlxalq təşkilatlara müraciət etməyi xahiş etdi: “Artıq dünyada hərbi cinayətkarların beynəlxalq məhkəməyə çıxarılması prosesi başlayıb və burada bir nömrəli namizəd Serj Sarkisiyandır. Ona görə də, Elmira xanım, sizdən xahiş edirəm ki, Beynəlxalq Ombudsman Şəbəkəsinə çıxış edəsiniz .”

Deputat Əflatun Amaşov da qələbə xəbərləri ilə bağlı xalqımızı təbrik etdi, ordumuza uğurlar arzuladı.
Musavat.com


Xəbəri paylaş

5408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___