Azərbaycanın Sarkisyanın atəşkəs çağırışına - Cavabı
Tarix: 04-04-2016 | Saat: 16:55
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Ermənistan Prezidenti Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına Azərbaycan XİN-dən cavab gəlib.
Nazirlikdən daxil olan məlumata görə, ilk olaraq Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə 3 aprel 2016-ci il tarixində qərar qəbul edilmişdi. Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir:
"Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
Azərbaycan dəfələrlə bəyan etmişdir ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur".
Xəbəri paylaş
7078 dəfə oxunub.
Digər xəbərlər

22-02-2016, 12:50
."Qarabağ" Riçard Almeydanı itirdi
1-11-2016, 13:46
Rəqəmli yayım üçün dekoder alanların - Nəzərinə
29-10-2016, 09:48
ABŞ-da təyyarə yanıb: 20 yaralı
12-06-2018, 21:46
TANAP-ın açılış mərasimi keçirilib
16-03-2016, 11:16
Ərdoğan İlham Əliyevi belə yola saldı (FOTO)
17-04-2016, 17:31
Əri hebs olunub, o ise konsert verir
17-07-2017, 12:55
Əsəbləriniz yerindədirmi? - TEST