Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Almaniyalı deputat təmas xəttində baş verən gərginliklə bağlı açıqlama verib
Tarix: 04-04-2016 | Saat: 16:08
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Almaniyalı deputat təmas xəttində baş verən gərginliklə bağlı açıqlama verib
Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan millət vəkili Mark Hauptmann Qarabağda qoşunların təmas xəttində atəşkəş rejiminin pozulması ilə əlaqədar açıqlama ilə çıxış edib.

“Bizim Yol” xəbər verir ki, bu barədə Avropa Azərbaycan Cəmiyyəti məlumat yayıb.

“Biz Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfdən itkilərə gətirə biləcək hərbi yolla həll edilməsinə qarşıyıq. Biz məsələnin diplomatik yolla həllinə tərəfdarıq. Almaniyanın sədrliyi altında ATƏT çox mühüm rol oynayır və Almaniyanın da iştirak etdiyi Minsk Qrupu diplomatik həll prosesində fəal iştirak etməlidir. Başlıca məqsəd atəşkəsə nail olmaqdır. Minsk Qrupunun cəhdlərinin uzunmüddətli məqsədinə dair heç bir şübhə olmamalıdır. Söhbət Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsinin Azərbaycana qaytarılmasından gedir. Bu məqsəd 1993-cü ildən bəri mövcuddur və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə (882, 853, 874, 884) təsdiq edilib. Sülh və diplomatik həll yoluna dair Ermənistan və Rusiya tərəfindən “münaqişənin dondurulması və gözləmə mövqeyində olması” prinsipini daha qəbul edə bilmərik. Bu prinsip beynəlxalq birlik tərəfindən tənqid hədəfinə çevrilməlidir”,-deyə Mark Hauptmann bildirib.


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___