Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident İlham Əliyev: “Bugünkü gün onlar üçün yaxşı dərs olacaq”
Tarix: 3-04-2016, 17:39 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Prezident İlham Əliyev: “Bugünkü gün onlar üçün yaxşı dərs olacaq”

“Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törədiblər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!”.

Bunu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Dövlət başçısı deyib ki, biz səbr, dözümlülük, konstruktivlik göstəririk: “Baxmayaraq ki, 20 ildən artıqdır ki, atəşkəs rejimində yaşayırıq, yenə də məsələnin sülh yolu ilə həllini tapmasına çalışırıq. Mən dəfələrlə bəyan etmişəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik, müharibə istəmirik. İstəmirik ki, qan tökülsün, anaların göz yaşı axsın. Azərbaycan, erməni analarının göz yaşlarının tökülməsini istəmirik. Ancaq biz öz haqqımızı tələb edirik. Bir daha deyirəm ki, məsələni sülh yolu ilə həll etmək istəyirik, ancaq biz bundan sonra da sonu bəlli olmayan prosesdə sadəcə, görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, Ermənistan tərəfi də bunu bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır, bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır. Ermənistanda hökm sürən kriminal-diktatura rejimi öz ölkəsini uçuruma aparır ”.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıb, iqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanıb, diktatura hökm sürür: “Kriminal rejim ilk növbədə öz xalqının qənimidir. Ona görə də erməni xalqının gələcəyi yalnız qonşularla normal münasibətlərdən keçir. Ancaq hansı normal münasibətlərdən keçir ki, qonşu ölkənin torpaqlarının 20 faizini işğal edəsən, soyqırım törədəsən, ondan sonra da soyqırıma məruz qalan xalqı günahlandırasan ki, biz burada atəşkəsi pozuruq?! Mən bir daha demək istəyirəm ki, Azərbaycanın prinspial mövqeyi var, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, bunun başqa yolu yoxdur. Dağlıq Qarabağda yaşayan erməni əhalisinə gəlincə, onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi bu ölkədə rahat yaşaya bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bir çox ölkələr üçün Azərbaycan nümunədir, multukulturalizm məkanıdır, tolerantlıq diyarıdır. Münaqişə ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır. Xalqların öz müqəddəratını təyin etmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Helsinki Yekun Aktı məhz bunu diqtə edir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan münaqişənin həlli ilə bağlı öz prinspial mövqeyindən dönməyəcək: “Bununla bərabər biz danışıqlara sadiqik. Bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Ordumuzun gücünü də daha da artıracağıq. Ona görə artıracağıq ki, Ermənistanın təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, aprelin 2-i-bugünkü gün onlar üçün yaxşı dərs olacaq”.

3358 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___