Nazir cəbhədəki gərginliklə bağlı telefon danışıqları apardı
Tarix: 03-04-2016 | Saat: 17:25
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
XİN məlumat yaydı.
Cəbhədə yaranmış son gərginliklə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının xarici işlər naziri və hal-hazırda ATƏT-in fəaliyyətdə olan sədri Frənk Valter Ştanmayer və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə telefonla danışıb.
XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar həmkarına məlumat verib.
O bildirib ki, mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca ağır atəş vasitələrindən istifadə etməklə Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqeləri intensiv atəşə tutulub.
Mülki insanların təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatçı addımlarının qarşını almaq üçün Azərbaycan silahlı qüvvələrinin zəruri cavab tədbirləri gördüyünü deyən nazir Ermənistan tərəfindən atəşkəsin pozulmasının davam etdirildiyini qeyd edib.
O əlavə edib ki, bu kimi gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur.
Elmar Məmmədyarov gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün beynəlxalq ictimaiyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
Nazirin digər həmkarları ilə də təmasları nəzərdə tutulub.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

31-05-2020, 09:13
ƏƏSMN-dən daha bir “yardım fırıldağı” - İşsiz statusu olan xanıma aktiv VÖEN-i olduğu bildirilib
16-05-2020, 18:32
Tərtərdə vəzifəli şəxs cəzalandırıldı - FOTO
7-09-2017, 12:12
Fəxri “Oskar” mükafatının laureatları açıqlandı
8-03-2019, 07:42
Stavropoldakı qəzada yaralananların vəziyyəti AÇIQLANDI
11-12-2021, 11:07
Hava kəskin pisləşir: 15 dekabradək... - XƏBƏRDARLIQ EDİLDİ
9-06-2019, 19:42
Şəhidimiz var
12-08-2016, 15:46
Sabah temperatur 43 dərəcə - Günəşdən gizlənin
27-08-2017, 09:46
Təl Afər İŞİD-dən azad edildi
29-09-2020, 13:40
Merkel İlham Əliyevə zəng etdi: Qarabağ müzakirəsi...