“Ermənistanla münaqişə bir həftədə həllini tapa bilər” - YAP-dan açıqlama
Tarix: 03-04-2016 | Saat: 12:29
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Azərbaycanda hakim Yeni Azərbaycan Partiyası dünən gecədən cəbhə xəttində baş verən döyüşlərə münasibət bildirib.
YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Qafqazinfo”ya açıqlamasında hərbçilərimizin qanlı döyüşlərdə qəhrəmanlıq göstərdiyini bildirib:
“Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qəhrəmancasına öz canlarını fəda ediblər. Əsgərlərimiz düşmənə layiqli cavab veriblər. Düşmən xeyli itki verib. Son günlər cəbhədə baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan ordusu Qafqazın ən güclü ordularından biridir. Nəinki Qafqazın, Azərbaycan ordusu həm peşəkarlıq, həm texniki, həm də hazırlıq baxımından dünyada ən yüksək səviyyədədir. Bunu xüsusi qeyd edirik ki, digər qüvvələr olmasa, Azərbaycanla Ermənistan arasında olan münaqişə bir həftə ərzində öz həllini tapa bilər”.
Siyavuş Novruzov şəhid olanların ailələrinə bağsağlığı verib:
“Qalanlara can sağlığı arzulayıram. Biz hər birimiz də əsgərik, vətənimiz, xalqımız və torpağımızın azad olunması uğrunda döyüşməyə hazırıq. Ordumuzdakı itkilər bizi ağrıdır, bununla yanaşı Azərbaycan ordusunun bu cür hazırlıqlı olması, səfərbər olunaraq düşmənə layiqli cavab verməsini də yüksək qiymətləndiririk”.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə baş verən döyüşlərdə Azərbaycan 12 şəhid verib.
Xəbəri paylaş
5698 dəfə oxunub.
Digər xəbərlər

31-10-2018, 13:11
İnsan zəkasının hüdudları varmı?
31-03-2015, 16:14
Bənzər geyimlər...- Elza+Ayan
27-06-2018, 10:13
İşdən çıxan Nəsimi Paşayevə ağır itki
15-01-2016, 13:12
Ölkədə yükdaşımanın qiyməti bahalaşdı (VİDEO)
25-10-2015, 14:27
İlham Əliyev yeni zavodların açılışında - FOTO
7-11-2015, 19:18
Dırnağınız ətə batırsa... - DİQQƏT
26-03-2016, 21:20
Məhəmməd Sadaxlı torpağa tapşırılıb
27-08-2017, 09:38
Cəlilabadda DƏHŞƏTLİ QƏTL: ər arvadını vəhşicəsinə döyüb öldürdü
21-08-2021, 02:51
Arvadını, qayınatasını qətlə yetirdi, sonra özünü öldürdü - Azərbaycanda