Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər cəbhə xəttinə yaxın kəndlərdən qaçmağa başladılar
Tarix: 02-04-2016 | Saat: 16:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ermənilər cəbhə xəttinə yaxın kəndlərdən qaçmağa başladılar
Ermənilər cəbhə xəttinə yaxın kəndlərdən qaçmağa başladılar Bölmə : GündəmYayım tarixi : Bu gün [16:03]Baxılıb : 3840 dəfə
Anspress-in məlumatına görə, bu barədə elə erməni mətbuatı özü yazıb. "EAdaily"nin yazdığına görə, atışma əsasən Talış-Tərtər istiqamətindədir.

Ermənilərin Mardakert adlandırdıqları Ağdərə sakinlərinin sözlərinə görə, insanlar şəhəri kütləvi sürətdə tərk edirlər. Onlar Xankəndi istiqamətində qaçırlar. "Daha çox insan bizim məntəqəyə - Maqavuzə toplaşıb", deyə Xankəndindən telefonla xəbər verən mənbə bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin öz mövqelərində olduğunu qeyd edib: "Heç bir kənddə əhali yerlərini tərk etməyib. Tam fərqli olaraq qarşı tərəfdə, işğal altında olan torpaqlarda məcburi şəkildə məskunlaşan ermənilər və erməni silahlı bölmələri Şuşaya və Xankəndi istiqamətində qaçırlar”.

Rusiya mətbuatı artıq işğal altında olan Azərbaycan torpaqlarından görüntü də yayıb.

Cəbhə xəttində gərginlik bu gecədən başlayıb. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.


Xəbəri paylaş

9208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___