Prezident Şennonla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
Tarix: 02-04-2016 | Saat: 15:54
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Azərbaycan prezidenti İlham Əliyev aprelin 1-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.
"Xəbəraz.az " AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidenti ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə etdi, bu səfərin uğurla keçdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin və səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin artıq yeni mərhələyə qalxması işinə töhfə verdiyini bildirdi.
ABŞ dövlət katibinin müavini Tomas Şennon dövlətimizin başçısının Vaşinqtondakı uğurlu görüşlərinin maraqla izlənildiyini diqqətə çatdırdı. O, ABŞ-ın Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd etdi və əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Xəbəri paylaş
6698 dəfə oxunub.
Digər xəbərlər

18-10-2018, 12:12
Cəlilabadda faciə: İki nəfər uçqun altında qaldı
22-01-2018, 12:31
Bakıda azyaşlı bacısı qızını zorlayan dayı həbs olundu -Açıqlama
4-02-2016, 18:10
““Onlara bir ay vaxt verilib” - Elman Rüstəmov
20-03-2015, 12:56
Bu gün günəş tutulacaq
11-10-2017, 10:42
Bakıda xanım jurnalist maşınla adam vurdu
22-07-2017, 10:28
Bu gün Milli Mətbuat Günüdür
14-02-2016, 15:05
İcra hakimiyyətinin avtomobili qəzaya uğrayıb: yaralılar var
24-09-2016, 20:26
Müğənni məsciddə klip çəkdirdi - Video
1-12-2019, 16:46
Ağcabədi sakinindən narkotik maddə götürülüb
13-09-2023, 10:55
Hamıya analıq dərsi verən məşhur “yutuber” öz uşaqlarına işgəncə verirmiş – HƏBS OLUNDU