Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İndi 30 dolları var — Dünyanın ən varlı adamı idi
Tarix: 02-04-2016 | Saat: 00:20
Bölmə:M / Karusel / Maraqlı | çapa göndər

İndi 30 dolları var — Dünyanın ən varlı adamı idi

Rusiyada martın son həftəsində fiziki şəxslərin müflis elan edilməsi üzrə birinci məhkəmənin qəbul etdiyi qərar qüvvəyə minib.

"Xəbəraz.az " xəbər verir ki, müflis olan fiziki şəxslər siyahısında azərbaycan əsilli milyarder Telman İsmayılovun da adı var. Moskva vilayətinin Arbitraj Məhkəməsi multimilyoner və "Çerkizovsk” bazarının sabiq rəhbərinin bankrot elan edilməsi barədə qərar qəbul edib.

2009-cu ildə İsmayılov ilk dəfə Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına düşüb. "Forbes” onun sərvətini 600 milyon dollar dəyərində qiymətləndirib. 2015-ci ilin 21 dekabrında verilən məhkəmə qərarına əsasən, Telman İsmayılovun təxminən 14 milyon rubl dəyərində olan torpaq sahəsi, 25 min nağd pul, bank hesablarında isə 100 rubl və 30 dolları var.

Elə bu səbəbdən "Çerkizovsk” bazarını dəfələrlə bağlamaq istəyiblər. Hətta bazarın bağlanması ilə bağlı bir neçə dəfə məhkəmənin qərar çıxarmasına baxmayaraq, bazar işləməkdə davam edib. Daha sonra Federal Miqrasiya Xidməti bazarda yüzlərlə qeyri-leqal miqrant aşkar edib.

Bundan sonra bazarın fəaliyyəti dayandırılıb, binalar sökülüb. Bununla da MDB-də ən böyük bazar bağlanıb.

Oliqarx biznesin müxtəlif sahələri - otel, zərgərlik, tikinti ilə məşğul olsa da onun əsas gəlir mənbəyi "Çerkizovsk” bazarı olub. Belə ki, burada "AST" qrupu 200 hektardan çox ərazisi olan nəhəng bazara nəzarət edib. Bazarda isə min bir xırdavatdan tutmuş, ən iri məhsullara kimi hər şey satılıb. Bəzi mənbələrdə burada hətta narkotikin satıldığı da deyilir.

Kreditorların onu sıxışdırması nəticəsində milyarder Türkiyənin Antalya şəhərində yerləşən atası Mərdan İsmayılovun adını daşıyan lüks oteli həqiqi dəyərindən çox aşağı qiymətə - 130 milyon dollara satıb. Halbuki onun tikintisi Telman İsmayilova 10 qat baha başa gəlmişdi. Satışdan əldə olunan gəlirlərlə biznesmen köhnə borclarını bağlamağa çalışıb.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman İsmayılov hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibidir



5388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___