Səhiyyə nazirindən yeni - ƏMR
Tarix: 01-04-2016 | Saat: 16:26
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər
Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” nın həyata keçirilməsinə dair əmr imzalayıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, əmrdə ”2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının təsdiq olunması, aidiyyəti qurumların rəhbərlərinə tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsinin təmin edilməsi, habelə görülən işlər barəsində vaxtaşırı Səhiyyə Nazirliyinə məlumat verilməsi kimi bir çox məsələlər tapşırılır.
Tədbirlər Planında vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin ÜST-nin vərəmlə mübarizə strategiyasına uyğun təkmilləşdirilməsi, vərəmli xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin müasir laboratoriya avadanlığı ilə təchiz edilməsi, mikrobioloji laboratoriya avadanlığı ilə təchiz edilməsi, mikrobioloji laboratoriyanın zəruri reaktiv və ləvazimatlarla təchiz olunması, vərəmə qarşı dərman preparatlarının keyfiyyətinə nəzarətin təminatı, xəstəliyin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun peyvəndlə əhatə edilməsi, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin spesifik sınaq vasitələri ilə təminatı, vərəm əleyhinə müəssisələrdə infeksiyaya qarşı mühafizə tədbirlərinin gücləndirilməsi, vərəm əleyhinə tibb müəssisələrinin dərman preparatları ilə davamlı təminatı, vərəmin profilaktikası, diaqnostikası müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bu sahədə çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili və.s bu kimi məsələlər əks olunub.
Xəbəri paylaş
6758 dəfə oxunub.
Digər xəbərlər

17-02-2016, 15:50
Timoşenko hakimiyyətə qarşı müxalifətə keçdi
19-06-2015, 19:12
Sabiq prezident həbs olunur
25-03-2020, 10:10
ŞİRİN CƏFƏRİ ÜÇÜN ÖZƏL GÜN
11-12-2017, 16:17
“Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai birliyi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir
20-04-2018, 19:20
22 illik tarix başa çatır-Venger gedir
12-12-2020, 16:32
Bakı qeydiyyatlı şəxslər paytaxta necə qayıdacaq? - DİN-dən AÇIQLAMA
10-05-2015, 14:09
Yeni ödəmə kartları, Bakı metrosunda, avtobus və digər nəqliyyat vasitələrində istifadə ediləcək.
6-12-2018, 16:06
Fazil Məmmədovdan xəbər var
27-02-2018, 20:11
Sabah bu ərazilərdə qaz olmayacaq
27-08-2015, 11:21
Xəzərin hüquqi statusu üzrə növbəti iclasın yeri və vaxtı məlum oldu