Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir təkzib etdi: Çempionat keçirməyi planlaşdırmırıq
Tarix: 01-04-2016 | Saat: 14:13
Bölmə:M / İdman | çapa göndər

Nazir təkzib etdi: Çempionat keçirməyi planlaşdırmırıq

Azad Rəhimov FİFA prezidentinin fikirlərinə münasibət bildirib.

Gənclər və idman naziri Azad Rəhimov FİFA prezidenti Canni İnfantinonun 2026-cı il dünya çempionatına Azərbaycan və Türkiyənin namizədliyini irəli sürmək istəyinəə dair açıqlamasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, A.Rəhimov belə bir məsələnin gündəmdə olmadığını deyib.

Bununla belə, nazir müzakirələrin yerli assosiasiyalar tərəfindən aparılması ehtimalını istisna etməyib:

«2026-cı il dünya çempionatının Türkiyə və Azərbaycanda keçirilməsini biz sifariş verməmişik.

Biz onu Türkiyə ilə müzakirə etməmişik. Ola bilsin, bu assosiasiyalar səviyyəsində müzakirə olunub. Amma dövlət tərəfindən hazırda bu barədə heç nə düşünülmür».

Qeyd edək ki, Canni İnfantino DÇ-2026-ya Azərbaycan və Türkiyənin də birgə ev sahibliyi etmək istədiyini bildirib. O, siyahıda Kanada, Meksika, Mərakeş, İngiltərə, ABŞ, Kolumbiya, Qazaxıstan və Avstraliya - Yeni Zelandiyanın da olduğunu açıqlayıb.


Xəbəri paylaş

5658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___