Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Obama Ərdoğanla görüşdü
Tarix: 01-04-2016 | Saat: 12:44
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Obama Ərdoğanla görüşdü
ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Məlumata görə, görüşdə təhlükəsizlik məsələləri, habelə, terrorçuluq və qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.

Barak Obama martın 31-də Diyarbəkirdə törədilən terror aktı nəticəsində həlak olanlarla bağlı Ərdoğana başsağlığı verərək, ABŞ-ın Türkiyənin təhlükəsizliyinin təmin olunmasına və terrorçuluqla ümumi mübarizəyə verdiyi dəstəyin davam etdiriləcəyini təsdiqləyib.

İki ölkə lideri həmçinin İŞİD-lə mübarizə məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, sammit ərəfəsində mətbuatda Obama-Ərdoğan görüşünün baş tutmayacağı barədə məlumatın yayılması intriqaya səbəb olub. Müşahidəçilər bunun ABŞ-Türkiyə münasibətlərinin soyuması ilə əlaqələndiriblər. Lakin, ABŞ administrasiyası sonradan prezidentlər arasında görüşün baş tuta biləcəyi barədə açıqlama verib.


Xəbəri paylaş

5258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___