Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bağdadinin ən məşhur arvadı onunla yaşadığı həyatdan danışdı
Tarix: 31-03-2016 | Saat: 21:40
Bölmə:M / Karusel / Dünya / Həftə-Reytinq | çapa göndər

Bağdadinin ən məşhur arvadı onunla yaşadığı həyatdan danışdı
“Mən onu sevmirdim”.

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin keçmiş arvadı onunla yaşadığı həyat barədə danışıb, The Independent nəşri xəbər verir.

“Mən normal ailə başçısına ərə getmişəm — universitet professoruna (...) O, işə gedirdi və evə ailəsinin yanına qayıdırdı. O, heç bir müqavimət hərəkatlarında iştirak etmirdi. Keçmiş ərimin dünyanın ən təhlükəli ekstremist təşkilatının başçısı olması mənim üçün hələ də müammadır”, - 28 yaşlı Saca əd-Duleymi deyib.

Qadının sözlərinə görə, Bağdadi çox sirli insan idi.

“Onunla normal danışmaq mümkün deyildi (...) Mən onu sevmirdim, onunla xoşbəxt deyildim və bu səbəbdən ondan ayrıldım. Həmçinin bu Bağdadinin birinci arvadına qarşı haqsızlıq idi. O, çox narahat olurdu”, - qadın bildirib.

Saca əd-Duleymi İŞİD başçısı ilə 2009-cu ildə nikaha girmişdir. Onların evliliyi cəmi 3 ay davam etsə də Saca əd-Duleymini Bağdadinin ən məşhur arvadlarından biri sayılırdı. Üzünə hicab geyməyən Saca bütün dünyadan qadınları İŞİD-ə qoşulmağa çağırırdı.


Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___