Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qardaşının qisasını alan şəxsin apellyasiya məhkəməsi keçirilib - FOTO
Tarix: 15-04-2015 | Saat: 23:19
Bölmə:M / Karusel / Hadisə / M2 | çapa göndər

Qardaşının qisasını alan şəxsin apellyasiya məhkəməsi keçirilib - FOTO
Kamil silahı görəndə bütün qəzəbli hissləri bərpa olunub.

Bakı Аpellyasiya Məhkəməsində Ağsu rayon sakini Kamil Fərəcovun (1992-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və Bakı ş. sakini Zaur Fərəcovun (1983-cü il təv.) CM-nin 230-cu (odlu silahı diqqətsiz saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxışı yekunlaşıb.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, 2012-ci il yanvarın 6-da Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsində, R.Axundov küçəsində yerləşən mağazada qəsəbə sakini Rabil Musayev aralarında baş vermiş mübahisə zamanı Rəfail Fərəcovu bıçaqla qətlə yetirib, Kamil Fərəcovu isə yaralayıb. Bundan sonra, 2014-cü ildə qisas almaq niyyəti ilə Kamil Fərəcov Rabilin oğlu Yaqub Musayevi öldürmək qərarına gəlib və bu məqsədlə qardaşı Zaura məxsus 12 kalibrli ov tüfəngini ondan xəbərsiz götürüb və “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Ovçular” mağazasından 8 ədəd patron alıb. Martın 24-də saat 11:30 radələrində Zabrat qəsəbəsində, R.Axundov küçəsi, 55 ünvanında yerləşən 307 saylı orta məktəbin yanında Kamil Fərəcov ov tüfəngindən atəşlər açmaqla qəsəbə sakinləri 1994-cü il təvəllüdlü Yaqub Musayevi və onun bibisi oğlu 1991-ci il təvəllüdlü Pərvin Mehdiyevi yaralayaraq, hadisə yerindən qaçıb. Aldığı güllə yarasından Musayev dünyasını dəyişib, Mehdiyevin həyatını isə 3 saylı şəhər kliniki xəstəxanasının həkimləri xilas ediblər.

Səhərisi gün cinayət işi Sabunçu rayon prokurorluğundan alınaraq, istintaqın davam etdirilməsi üçün Bakı ş. prokurorluğuna həvalə edilib, iş üzrə birgə istintaq-əməliyyat qrupu yaradılıb. Həmin gün Ağsu RPŞ-dən cinayəti törədən şəxsin tutulması barədə Sabunçu RPİ-yə məlumat verilib.

Keçirilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Yaqub Musayevin ölümünə qırma yaraları ilə əlaqədar daxili üzvlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Məhkəmə prosesində Kamil Fərəcov ittiham üzrə özünü qismən təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu bildirib. Onun sözlərinə görə qardaşı Rəfailin ölümündən sonra, 2013-cü ilin sonundan ailə üzvləri ilə Ağsu rayonunun Ərəbuşağı kəndində yaşamağa başlayıb. Rabil Musayevin məhkəmə iclaslarında iştirak edərkən təqsirləndirilən şəxsin özündən razı davranışı, onun uşaqlarının isə məhəllədə rastlaşarkən ona lağ etmələri Kamili qıcıqlandırıb, belə davranışı özünə qarşı alçaldıcı bir hərəkət kimi qəbul edib. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rabil Musayev 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

2014-cü il martın 22-də o təsadüfən qəsəbə ərazisində Yaqub Musayevlə rastlaşıb, sonuncu onu görərək gülə-gülə yanından ötüb keçib. Rəfaili qətlə yetirmiş şəxsin övladının ona qarşı növbəti belə hərəkəti Kamilə pis təsir edib, lakin o yenə qəzəbini boğub evlərinə gedib. Həmin axşam evdə şəkilləri olan fotoalbomu axtararkən, Zaurun otağında çarpayının altında təsadüfən onun ov tüfəngini görüb. Silahı görəndə bütün qəzəbli hissləri bərpa olunub, evdən çıxaraq metronun “Nizami” stansiyasının yaxınlığındakı ov dükanından 5 manata 8 ədəd patron alıb, evə qayıdıb. Martın 24-də səhər saat 10 radələrində silahı atəşə hazır vəziyyətə gətirən Kamil onu gödəkçəsinin içərisinə salıb və evdən çıxıb. 307 saylı orta məktəbin yaxınlığında Rəşid adlı şəxsin işlətdiyi internet klubda vaxtını keçirib.

Təxminən saat yarımdan sonra məktəbin qarşısından keçib, evə gedərkən Yaqubu və yanında əvvəllər tanımadığı oğlanı görüb. Onlar üz-üzə gəlib, bir-birlərinə çatanda Kamil tüfəngi gödəkçəsinin altından çıxararaq 2-3 metrlikdən Yaquba ardıcıl iki dəfə, ardınca üstünə gələn Pərvin Mehdiyevin qolundan atəş açıb. İkinci atəşdən sonra Pərvin əlləri ilə qarın nahiyyəsindən tutaraq, yerə oturub. Kamil Pərvinin yanından keçərək, ağzı üstə uzanmış Yaquba yaxınlaşıb və silahda olan 5-ci patronu onun kürəyinə vurub və geriyə baxanda Pərvinin ayağa qalxaraq üzərinə gəlməsini görüb. O tez Yaqubdan aralanaraq cibində olan 3 ədəd patronu tüfəngə yerləşdirməyə başlayıb, həmin an patronlardan biri yerə düşüb. Kamil silahı hazır vəziyyətə gətirərək Pərvini nişan alıb, lakin sonuncu Yaqubun yanına çataraq, orda yerə oturub.

Fərəcov iti addımlarla Maştağa yoluna çıxaraq 31 saylı marşrut avtobusuna minib Bilgəh qəsəbəsinə, dəniz kənarına gəlib, günorta vaxtı isə ordan metronun “Koroğlu” stansiyasına gəlib. Gecəni “Neftçilər” metrostansiyasının yanında fəaliyyət göstərən internet klubda keçirib, səhər tezdən isə “Binə” ticarət mərkəzindən yol maşını ilə Kürdəmir şəhərinə, ordan isə Ağsu rayonuna gedib. Qardaşının qəbrini ziyarət edib, qəbiristanlıqda olarkən qardaşı Zaura zəng vurub, sonra isə onunla birlikdə Ağsu RPŞ-yə yollanaraq, tüfəngi təqdim edib və Bakıda ağır cinayət törətdiyini etiraf edib. Həmin gün o Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşlarına təhvil verilib.

Zərərçəkən Pərvin Mehdiyev bildirib ki, təqsirləndirilən şəxs onu və dayısı oğlu Yaqubu güllələyəndən sonra qaça-qaça uzaqlaşıb, o isə yaralı vəziyyətdə yerə uzanıb. Kamil ona iki dəfə atəş açıb, daha sonra səsə ətrafda olan insanlar yanlarına gəliblər, bir cavan oğlan onları “Fiat” markalı avtomaşını ilə Sabunçu xəstəxanasına aparıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Sevinc Məmmədova hesab edib ki, oğlunun öldürülməsində Kamilin ata-anası, qardaşları Zaur və Rübail də iştirak ediblər, bu qətl qabaqcadan planlaşdırılaraq həyata keçirilib. Kamil qətldən sonra hadisə yerindən yaxınlıqda onu gözləyən avtomobillə uzaqlaşıb.

Son sözlə məhkəməyə müraciət edən Kamil Fərəcov hakimlərdən cəza təyin edərkən cavan olmasını nəzərə almalarını xahiş edib.

Təqsirləndirilən Zaur Fərəcov bildirib ki, qardaşı Kamilin Yaqub Musayevi öldürmək fikrinə düşməsindən onun heç bir məlumatı olmayıb, hadisədən sonra o Kamili, həmçinin “Churchill” markalı ov tüfəngini aparıb Ağsu RPŞ-yə təhvil verib. O, məhkəmədən cəza təyin edərkən himayəsində olan dörd azyaşlı uşaqlarını tək saxlamasını və qəsdən cinayət törətməməsinin nəzərə alınmasını xahiş edib.

Məhkəmə belə qənaətə gəlib ki, Kamil və Zaur Fərəcovların nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilib. Məhkəmənin hökmü ilə Kamil Fərəcov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub, Zaur Fərəcova aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilib.

Hökmdən təqsirləndirilən şəxslər apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılması barədə qərar qəbul edib.
















Xəbəri paylaş

7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___