Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putindən Ankaradakı qanlı terror hadisəsi ilə bağlı ilk açıqlama
Tarix: 14-03-2016 | Saat: 10:55
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Putindən Ankaradakı qanlı terror hadisəsi ilə bağlı ilk açıqlama


Ankaranın Kızılay meydanında baş verən qanlı terror hadisəsi ilə bağlı Rusiya prezidenti açıqlama verib.

"Xəbəraz.az "-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Türkiyə xalqına başsağlığı mesajı göndərib. Putinin mətbuat katibi Dmitri Peskov tərəfindən verilən açıqlamada bunlar qeyd edilib:

"Vladimir Putin Ankarada baş verən terror aktını qətiyyətlə lənətləyir. Çox sayda insanın dünyasını dəyişməsinə səbəb olan terror aktından kədərlənən türk xalqı ilə birlikdə yas tuturuq", - deyə Putin bildirib.

Avropa Şurasının Baş katibi Thorbjorn Jaqland isə Twitter hesabından bir mesaj yayımlayıb. Terror hadisəsindən şok olduğunu ifadə edən Jaqland bu cür hadisələrin Avropa dəyərlərinə qarşı törədildiyini bildirib.

Litva xarici işlər naziri Linas Linkeviçcius isə Twitter hesabında "Ankarada bir qanlı partlama daha. Türkiyə yenə terrorizmlə qarşı-qarşıyadır. Müttəfiqimizin yanında dayanmalıyıq" sözlərini yazaraq Türkiyə xalqına başsağlığı verib.

Türkiyəyə başsağlığı verənlər arasında Azərbaycan prezidenti İlham Əliyev də olub. Dövlət başçısının Ərdoğana ünvanladığı məktubda deyilir: "Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".


Xəbəri paylaş

7738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___