Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı qərarların hamısını qüvvədə saxlayıb
Tarix: 09-03-2016 | Saat: 15:06
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bununla da ANS-in MTRŞ-ya qarşı qaldırdığı, lakin məhkəmə tərəfindən təmin edilməyən iddialarının sayı 26-ya çatıb.
Məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı qərarların hamısını qüvvədə saxlayıb

Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha səkkiz inzibatı iddiasına baxılıb.

"Report"un məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə ANS-in şikayətləri təmin edilməyib.

Məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı cərimə ilə bağlı qərarları qüvvədə saxlayıb. Bununla da ANS-in MTRŞ-ya qarşı qaldırdığı, lakin məhkəmə tərəfindən təmin edilməyən iddialarının sayı 26-ya çatıb.

Ötən həftə Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı 18 inzibatı iddiasına baxılıb. Həmin proseslərdə də ANS Müstəqil Yayım və Media Şirkətinin şikayətləri təmin edilməyib. Məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı cərimə ilə bağlı qərarları qüvvədə saxlayıb.

ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 05 oktyabr 2015-ci il və 13 oktyabr 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. 26 şikayət üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Səbail Rayon Məhkəməsi həmin işləri yenidən baxılması üçün MTRŞ-ya göndərib. Məhkəmə işlərin Milli Televiziya və Radio Şurasında yenidən baxılıb qərar qəbul etməsini istəyib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı əvvəlki qərarları qəbul edib. Daha sonra ANS yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib.


Xəbəri paylaş

5368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___