Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Rusiya Türkiyəyə möhtacdır"
Tarix: 08-03-2016 | Saat: 23:15
Bölmə:M / Karusel / Dünya | çapa göndər

"Rusiya Türkiyəyə möhtacdır"

Rusiya xam maddə ilə yaşayan ölkədir. Bu ölkənin getdikcə köhnələn silah sənayesi var. Belə ki, Rusiya yanında həyati ehtiyaclarını qarşılayan bir ölkəyə (Türkiyə) ehtiyacı var.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli professor İlbər Ortaylı Rusiya-Türkiyə münasibətlərinin tarixini şərh edərkən deyib.

Professor şərhində Rusiyanı millətlər həbsxanası adlandırıb:

“Mənim fikrimcə, Rusiya millətlər baxımından bir zibillikdir. Sanki almazla zibil bir yerdədir. Bu cür bənzətməmə görə, üzr istəyirəm. Lakin sanki dünyanın səviyyəli insanları ilə daş dövrünün insanları bir yerdə yaşayır. Rusiyanın daxilində bir neçə dövlət var. 70-ə yaxın etnik qrup saya bilərsiniz. Ağlına gələn özünü ayrıca millət olaraq təqdim edir”.

İlbər Ortaylı onu da əlavə edib ki, Rusiya Türkiyəyə hər sahədə möhtacdır:

“Türkiyənin iş adamları Rusiyaya böyük investisiya qoyur. Bu durum hər iki ölkəni bir-birinə bağlayır. Rusiya təbii ki, sizə möhtacdır. Lakin siz də möhtacsınız. Ehtiyatlı olmaq məcburiyyətindəsiniz. Bu gün bütün dövlətlər bir-birinə bağlıdır. Hətta zəngin ölkələr digərlərindən daha çox asılıdır. Ona görə də, SSRİ-nin varisi Rusiya ilə münasibətlərimizi uzlaşdırmalıyıq. Krım məsələsində bu uzlaşmanı qoruya bilmədik”.


Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___