Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Daha bir neçə icra başçısı işdən çıxarılacaq"
Tarix: 05-03-2016 | Saat: 10:47
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

"Daha bir neçə icra başçısı işdən çıxarılacaq"

Cənab prezident hər zaman müşavirələrdə xəbərdarlıq edir ki, icra başçıları vətəndaşların yanında olmalı, onların problemlərini həll etməlidir.
"Xəbəraz.az " bildirir ki, bunu azvision.az-a açıqlamasında deputat Vahid Əhmədov son iki gündə bir neçə icra başçısının işdən çıxarılmasına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, işdən çıxarılan icra başçıları nöqsanlara yol verdikləri üçün vəzifədən kənarlaşdırılıb. Millət vəkili hesab edir ki, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən, prezidentin etibarını itirən məmurların işdən çıxarılması qaçılmazdır, prezident bu istiqamətdə ciddi addımlar atır.

"Azərbaycanda iqtisadi islahatlara ciddi yanaşıldığı bir zamanda hər kəs işində diqqətli olmalıdır".

V.Əhmədov hesab edir ki, yol verdikləri nöqsanlara görə bir neçə icra başçısı da tutduğu postla vidalaşmalı olacaq.

Qeyd edək ki, son günlər ölkə başçısının imzaladığı sərəncamla Cəbrayıl, Laçın və Salyan rayon icra başçıları vəzifələrindən azad olunub.


Xəbəri paylaş

6078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___