Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ-dan şok Əsad və Putin qərarı
Tarix: 03-03-2016 | Saat: 15:39
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

ABŞ-dan şok Əsad və Putin qərarı


ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsindən Əsəd rejimi üçün şok qərar

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Suriyada rejim və müttəfiqlərinin törətdikləri cinayət əməlləri ilə əlaqədar məhkəmə qurulmasını tələb edən qətnamə qəbul edib.

Respublikaçı Partiyanın Nyu Cersidən olan deputatı Kristofer Smit tərəfindən hazırlanan layihədə xüsusən Əsəd rejimi başda olmaqla rejimin müttəfiqləri (Rusiya, İran və s.) və müharibənin iştirakçıları tərəfindən işlənən cinayətlər üçün xüsusi məhkəmə yaradılması tələbi əksini tapıb. Layihədə bu cinayətlərin müharibə cinayətləri olduğu və bəşəriyyətə qarşı törədilən cinayətlərlə bərabər tutulmasının vacibliyi vurğulanıb.

HÜCUMLAR BİTSİN

Suriyada rejim və müttəfiqlərinin mülki vətəndaşlara qarşı hücumlarına son qoyulması üçün ABŞ rəhbərliyə və tərəfdaşlarına səy sərf etmələri çağırışı edən deputat, layihədə həmçinin, Obama hökumətinə ehtiyacı olanlara yardımların davamlı və ədalətli bir şəkildə çatmasının zəruriliyini qeyd edib.

SURİYA MÜHARİBƏ CİNAYƏTLƏRİ MƏHKƏMƏSİ

Layihə, Suriyada davam edən insan haqları pozuntularının araşdırılması və bu cinayətlərə dair gələcəkdə istifadə ediləcək dəlillərin toplanmasını məsələsini də əhatə edir.

Suriya üçün müharibə cinayətləri məhkəməsinin qurulmasını tələbi xüsusi qeyd edilən layihədə ABŞ Prezidentindən və ABŞ-ın BMT Daimi Nümayəndəsini Samantha Poverdən Suriyada müharibə cinayətləri məhkəməsi qurulmasını gündəmə gətirmək və dəstəkləmək üçün ABŞ-ın təsir imkanlarından və gücünü istifadə etməkl xahiş edilir.

Həmçinin layihədə, digər ölkələrə də müraciət edilərək Suriyada insanlığa qarşı işlənən cinayətlərdə və soyqırımda günahlandıran şəxslərin saxlanılaraq qurulacaq bu məhkəməyə təslim edilməsi çağırışı edilir.

AZLIQLARA QARŞI HÜCUMLAR "SOYQIRIM" OLARAQ TANINSIN

Digər tərəfdən, komitədə Respublikaçı Partiyanın depuatatı Cef Fortenberry tərəfindən hazırlanan qərarda İŞİD terror təşkilatının Yaxın Şərqdə yaşayan azlıqlara etdiyi hücumların "soyqırım" kimi qiymətləndirilməsini istəyən qərar da qəbul edilib. 75 saylı qətnamə layihəsində xristianlarla yanaşı yezidi, türkmən, kürd kimi digər dini və etnik azlıqlara qarşı İŞİD-in hücumlarının "müharibə cinayəti", "insanlığa qarşı törədilən cinayət" və "soyqırım" kimi tanınması tələb olunub.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
4-03-2018, 17:22 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___