Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya baş naziri müavininin Əliyevlə - “Xüsusi xarakter”li görüşü
Tarix: 03-03-2016 | Saat: 15:01
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Rusiya baş naziri müavininin Əliyevlə - “Xüsusi xarakter”li görüşü
Rusiya mətbuatı bu gün Bakıda baş nazirin müavini Dmitri Raqozinlə prezident İlham Əliyevin görüşəcəyi ilə bağlı məlumat yayıb.

"Xəbəraz.az " xəbər verir ki, “Kommersant”ın yazdığı məlumata görə, danışıqların əsas mövzusu hərbi-texniki əməkdaşlığın nizama salınması ilə bağlı olacaq.

Görüşdə, həmçinin Azərbaycan tərəfinin Ermənistana silah satışı məsələsini də qaldıracağı gözlənilir.

Moskvadan Bakıya silah ixracına cavabdeh olanlar – “Rosoboroneksport” şirkətinin rəhbərliyi, Hərbi-Texniki Əməkdaşlığa dair Federal Xidmət, həmçinin baş nazirin müavini Raqosin dünən gecə Bakıya uçublar.

Mənbənin sözlərinə görə, bu səfər “xüsusi xarakter” daşıyır və əvvəldən planlaşdırılmayıb.

Qeyd edək ki, görüşün konkret hansı detallar üstündə keçirildiyi bəlli deyil, səfər əvvəldən planlaşdırılmadığı üçün Azərbaycan tərəfi hələ ki, rəsmi açıqlama ilə çıxış etməyib.


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
18-05-2017, 14:50 Millimiz FİNALDA

bütün xəbərlər
____ Instagram ___