Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İki super güc qarşı-qarşıya
Tarix: 03-03-2016 | Saat: 14:59
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İki super güc qarşı-qarşıya

Çin balıqçı gəmisini xilas etdiyini, ABŞ isə Pekinin hərbi baza qurduğunu deyir.
Dünyanın iki super gücü qarşı-qarşıya gəldi. Bu dəfə söhbət Çin və ABŞ-dan gedir. Çin ABŞ-ın Cənubi Çin dənizindəki fəaliyyəti ilə bağlı bölgəni hərbiləşdirdiyi barədə iddialara son verməsini istəyib.
ABŞ-ın müdafiə naziri Eşton Karter Pekin rəhbərliyini bölgəni qaynar nöqtəyə çevirməkdə ittiham etmişdi. Çin isə ABŞ-dan təhdid yönümlü ifadə və fəaliyytə son verməsini tələb edib.
Çin Xarici İşlər Nazirliyinin sözcüsü Honq Lei brifinq keçirərək ABŞ-a sərt cavab verib.

Honq Çinin Nanşa adalarını hərbləşdirməsi barədə iddiaları rədd edib, əslində Vaşinqtonun bunu edən tərəf olduğunu deyib. O, ABŞ-ı bölgədə hədəfləyici hərbi təlimlər keçirmək və baza qurmaq yönündə fəaliyyətini artırdığını qeyd edib. H.Lei Vaşinqtona çağırış da edib - "Bölgə ölkələri ilə birlikdə Cənubi Çin dənizində rifah və sülhü qorumaq üçün birlikdə səy göstərilməlidir".
İki super güc qarşı-qarşıya
Honq Lei - Çin Xarici İşlər Nazirliyinin sözcüsü
Hong ötən ilin sonunda Fillipinə aid bir balıqçı gəmisinin Nanşa adası yaxınlığında quma oturduğunu, sahibinin bir neçə dəfə cəhd etməsinə baxmayaraq uğur əldə etmədiyini deyib. Daha sonra o gəmini elə hadisə yerindəcə qoyaraq ondan əlini üzüb.

Çin isə səfər təhlükəsizliyinə mənfi təsir edəcəyini düşündüyü üçün gəminin çıxarılması üçün yedəklə onu çəkərək onu uzaqlaşdırmaq istəyib. Bu iş yerinə yetirildikdən sonra yedək əmizi aid olduğu quruma geri qaytarılıb.
"Pekin rəhbərliyi Çinin nəzarəti altındakı bölgədə təhlükəsizlik səbəbi ilə belə edib".

ABŞ müdafiə naziri Karter ötən gün açıqlama verərək Çini Nanşa adasında raket sistemi qurmaqda, bölgədə gərginliyi artırmaqda ittiham edib.
Fillipin mediyası isə Çin gəmilərinin onlara məxsus balaıqçı gəmilərinə Cənubi Çin dənizində ov etməsinə mane olduqlarını yazmışdılar.
İki super güc qarşı-qarşıya
Çin hərbçiləri


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___