Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.
Tarix: 13-04-2015 | Saat: 23:05
Bölmə:M / Karusel / Hadisə / Fotogalereya | çapa göndər

Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

Ölənlərin ikisi qardaş, digər ikisi isə ata-oğuldur

Xeberaz.az -ın məlumatına görə, qəza Sabunçu-Zabrat yolunun Balaxanı qəsəbəsinə dönən hissəsində qeydə alınıb.

1990-cı təvəllüdlü Elçin İlqar oğlu Orucovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "105" saylı sərnişin avtobusu toqquşub. Nəticədə sürücü də daxil olmaqla hələlik kimliyi müəyyən edilməyən 3 nəfər hadisə yerində ölüb. Daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

.Qəza zamanı minik maşını deformasiyaya uğradığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik maşınında sıxışmış vəziyyətdə qalan cəsədləri çıxarıblar.


Qəzadan sonra Sabunçu-Zabrat yolunun bu hissəsində qısa müddətlik tıxac yaranıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb.

Nazirliyin saytında verilən məlumata görə, Sabunçu rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb.. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq, aidiyyətı üzrə təhvil veriblər.






Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___