Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni zabit: "Azərbaycanlı mesenat anama hər görüşdə 200 dollar verirdi"
Tarix: 03-03-2016 | Saat: 14:39
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Erməni zabit: "Azərbaycanlı mesenat anama hər görüşdə 200 dollar verirdi"
Ermənistanda "Azərbaycan casusları" cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Azərbaycana casusluqda ittiham edilən erməni qadın Karine Qumaşyanın oğlanları, erməni ordusunun zabiti Tiqran Karapetyan və David Karapetyan onun əleyhinə ifadə veriblər. İfadəsini müstəntiqə verən erməni zabit daha sonra məhkəmədə ifadəsini dəyişib.

Tiqranın dediyinə görə, Türkiyəyə işləməyə gedən anası orda bir iş adamı ilə tanış olub. Daha sonra anası ona internetdə fransalı bir mesenatla tanış olduğunu deyib və qeyd edib ki, həmin mesenat erməni ordusuna yardım göstərmək istəyir və sadəcə əmin olmaq istəyir ki, həmin yardım orduya çatacaq.

Daha sonra oğlunun Ermənistanda qulluq etdiyi hərbi hissəyə gələn Karine Qumaşyan ondan hərbi hissə haqda məlumatlar alıb.

Daha sonra Tiqran bildirib ki, anasının Türkiyədə həmin mesenatla görüşdüyünü ona qardaşı deyib.

"Qardaşım mənə deyirdi ki, həmin mesenat anamla tez-tez görüşür və isti münasibət saxlayırdı. Hər dəfə anam onun yanına gedəndə o, anama 200 dollar verirdi", deyə Tiqran müstəntiqə verdiyi ifadəsində bildirib.

Məhkəməyə gətirilən digər qardaş, Türkiyədə anası ilə yaşayan və işləyən David isə müstəntiqə verdiyi ifadədə qardaşına dediyi sözləri təsdiqləsə də, məhkəmədə bunları boynundan atıb və bildirib ki, ona susmaq hüququnun olduğunu deməyiblər.

Məhkəmə mart ayında davam edəcək.Ölkə.az


Xəbəri paylaş

5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___