Prezident ABŞ-ın xüsusi elçisi ilə görüşdü
Tarix: 29-02-2016 | Saat: 13:54
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Xəbəraz.az " xəbər verir ki, dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasının layihənin icrası ilə bağlı məsələlər ətrafında birgə müzakirələrin aparılması üçün uğurlu format olduğunu qeyd edib.
Prezident İlham Əliyev ABŞ hökumətinin layihəyə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edərək, Amos Hokstaynın bu tədbirdə iştirakının önəmini vurğulayıb. Dövlət başçısı tədbirin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə edib. Ötənilki iclasın səmərəli keçdiyini vurğulayan Amos Hokstayn builki tədbirin layihə üçün önəmli olan indiki dövrdə baş tutmasının əhəmiyyətini qeyd edib. O, layihənin icrası istiqamətində qarşıda duran müxtəlif məsələlər ətrafında birgə fikir mübadiləsi aparılması üçün iclasın yaxşı imkan yaratdığını vurğulayıb.
Xəbəri paylaş
5818 dəfə oxunub.
Digər xəbərlər

26-07-2021, 11:53
Peyvəndi ələ salan məşhur bloqer koronavirusdan öldü - FOTO
22-08-2015, 14:09
Ayaqqabıları çıxardıb oxudu - FOTO
24-05-2019, 16:16
"Torqovı"da "Rövşən Lənkəranski" köynəyi geyinən gənclər saxlanıldı
15-09-2023, 08:13
Bu gün Azərbaycanda Bilik Günüdür
6-07-2017, 21:50
UEFA-dan “Zirə”yə xüsusi icazə
8-07-2015, 21:34
Ledi Qaqa səhnədə yıxıldı – Video
7-07-2022, 11:37
"Patı" çəkən Günaydan DƏHŞƏTLİ ETİRAF: Gözünə nəsə görünür, onu eşitməyə başlayırsan... - VİDEO
21-02-2016, 23:13
Qalatasaray 2 - 1 Trabzonspor