Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan İrana qarşı sanksiyaların əleyhinə olub – FOTO
Tarix: 23-02-2016 | Saat: 16:25
Bölmə:M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər

Azərbaycan İrana qarşı sanksiyaların əleyhinə olub – FOTO
Bakı və Tehran terrorizmə qarşı mübarizəni gücləndirəcəklər.

İki ölkə arasında yaradılmış Birgə komissiya son iki ildə çox fəal olub və bunun müsbət nəticəsi odur ki, bu gün Tehran və Bakı arasında əməkdaşlıq haqqında 11 sənəd imzalanıb.

"Xəbəraz.az " İranın dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu İranda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bu ölkənin prezidenti Həsən Ruhani bildirib.

30 ay ərzində keçirilmiş 5 danışıqlar və müzakirələr mərhələsini xatırladan Həsən Ruhani qeyd edib ki, “bu görüşlərdən və müzakirələrdən hər biri İran və Azərbaycan arasında əlaqələrin inkişafından xəbər verir”.

“Sanksiyaların (İran üzərindən – red.) götürülməsindən sonra baş tutan bugünkü görüşdə bizim bütün sahələrdə əməkdaşlığı genişləndirmək imkanımız var”, - deyə, o, vurğulayıb.

Ruhani həmçinin qeyd edib ki, ölkəsi və Azərbaycan mədəni məsələlər, turizm, sığorta, bank işi, xüsusilə də azad zonalarda – Ənzəlidə, Araz və Makuda birgə müəssisələrin yaradılması üzrə əlaqələri inkişaf etdirmək niyyətindədirlər.

Terrorizmlə mübarizədən danışan Ruhani qeyd edib ki, iki ölkə regionda bu bəlaya qarşı mübarizəni genişləndirmək niyyətindədirlər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, imzalanmış sənədlər əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərinini müəyyənləşdirməyə kömək edəcək.

Tehranın üzərindən sanksiyaların götürülməsindən danışan Azərbaycan prezidenti rəsmi Bakının həmişə bu sanksiyaların əleyhinə olduğunu və beynəlxalq arenada İranın hüquqlarını müdafiə etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti iki ölkə arasında ümumi tarixi və mədəni əlaqələrə söykənən əlaqələrin strateji əhəmiyyət əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

İlham Əliyev həmçinin Azərbaycan və İranın terrorizm sahəsində əməkdaşlığı genişləndirəcəklərini bildirib.
Azərbaycan İrana qarşı sanksiyaların əleyhinə olub – FOTO
Azərbaycan İrana qarşı sanksiyaların əleyhinə olub – FOTO
Azərbaycan İrana qarşı sanksiyaların əleyhinə olub – FOTO



3408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___