Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Klaviatura niyə əlifba sırası ilə deyil?
Tarix: 13-04-2015 | Saat: 00:51
Bölmə:M / Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

Klaviatura niyə əlifba sırası ilə deyil?

İlk çap maşını 1867-ci ilin sentyabrında amerikalı Kristofer Şoulz tərəfindən ixtira edilmişdir.

Bu çap maşınının klaviaturası latın hərfləri əlifba sırası ilə düzülmüşdü. Məsələn: yuxarıda ilk cərgədə hərflər belə düzülüşdə idi: A, B, C, D, E, F, G....

Şoulzun çap maşınında çatışmazlıqlar yox deyildi. Belə ki, bu çap maşınında sürətlə yazarkən, barmaqlar tez-tez dolaşır, iti yazmaq mümkünsüz olurdu. Bu səbəbdən əlifba sırası ilə düzülüşdən imtina edildi. Klaviaturada hərflərin yeni düzülüşü ingilis əlifbasından ibarət ilk 6 hərflərin düzülüşü ilə - QWERTY.... düzülüşü yaradıldı və belə qərara alındı ki, hərflər səpələnmiş halda olmalıdır. Müasir dövrdə Şoulz düzülüşü anaxronizm hesab olunur. Ele bu da QWERTY düzülüşünə keçmək üçün bir səbəb olmuşdur.

Sonralar çap maşınında daha rahat və cəld yazmaq üçün təkmilləşdirmələr aparılmışdır. Belə ki, 1936-cı ildə Vaşinqton Universitetinin professoru Avqust Dvorak kitab nəşr etdirmiş və bu kitabda latın hərflərindən ibarət yeni düzülüş təklif olunurdu. Bu düzülüşlə ingilis dilində mətnləri çox asanlıqla və rahat yazmaq mümkün idi. Düzülüş müəllifin adı ilə - DVORAK adlanırdı.

2006-cı ildə Ş. Koulman tərəfindən Сoleman düzülüşü işlənib hazırlanmışdır. Bu düzülüş Coleman + Dvorak adlanırdı. Düzülüş indiki kompüvter klaviaturasındakı düzülüşlə eynilik təşkil edir və ingilis əlifbası ilə işlənmişdir.

Koulmanın əminliyinə görə, bu cür düzülüş aşağıdakı üstünlüklərə malikdir:

QWERTY – dən fərqli olaraq, DVORAK daha sürətlə yazmağa imkan verir;

Çeçələ barmağın yükünü azaldır, qolların növbələşməsinə şərait yaradır;

QWERTY- dən COLEMAN-a və ya COLEMAN-dan QWERTY- yə keçərkən, tam uyğunluq olduğu üçün, heç bir çətinlik yaranmır.

Amma qeyd edək ki, DVORAK düzülüşü QWERTY-dən az da olsa fərqlənir.


Xəbəri paylaş

1 0648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___