Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rita Sarkisyan Tiflisdə Mehriban Əliyevadan nə danışıb?
Tarix: 21-02-2016 | Saat: 21:33
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Rita Sarkisyan Tiflisdə Mehriban Əliyevadan nə danışıb?

Sandra Rulofsun sözlərinə görə, Rita Sarkisyan o qədər təəccüblənib ki, həmin gün şam yeməyində də Mehriban Əliyevadan danışıb

Ermənistan prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan Gürcüstanın keçmiş prezidenti Sandra Rulofsun ofisində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fotolarını görəndə təəccüblənib.

Musavat.com xəbər verir ki, bunu Sandra Rulofs “Rustavi-2” telekanalındakı “Vanos şou” proqramında bildirib.

“Mən ona (Rita Sarkisyana) öz ofisimi göstərdim. Sonra biz divardakı fotolara baxdıq və orada Azərbaycanın birinci xanımının beş fotosu var idi. O, öz sələfi Bellanın da (Bella Koçaryan) bir fotosunu gördü. Amma özünün fotosu yox idi”.

Sandra Rulofs xatırlayır ki, Rita Sarkisyan Mehriban Əliyevanın fotolarını təəccüblə qarşılayıb. Saakaşvilinin xanımı ona izah edib ki, Mixail Saakaşvili və onun Azərbaycan prezidenti və xanımı ilə yaxın münasibətləri olub. Onlar tez-tez görüşüblər və birgə fotoları da çoxdur.

Sandra Rulofsun sözlərinə görə, Rita Sarkisyan o qədər təəccüblənib ki, həmin gün şam yeməyində də Mehriban Əliyevadan danışıb, Gürcüstanın birinci xanımının ofisində Mehriban Əliyevanın fotolarını gördüyünü şam yeməyində iştirak edənlərə deyib.
Rita Sarkisyan Tiflisdə Mehriban Əliyevadan nə danışıb?
Rita Sarkisyan Tiflisdə Mehriban Əliyevadan nə danışıb?


Xəbəri paylaş

2 9458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___