Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bəzi futbolçulara başa salmaq lazımdır ki...” - Əsgər Abdullayev
Tarix: 20-02-2016 | Saat: 21:03
Bölmə:M / Karusel / İdman | çapa göndər

“Bəzi futbolçulara başa salmaq lazımdır ki...” -  Əsgər Abdullayev
Azərbaycan Premyer Liqasının XXII turunda "Qarabağ” doğma azarkeşləri önündə "Neftçi”ni qəbul edib. Qarşılaşma Ağdam klubunun 2-0 hesablı qələbəsi ilə başa çatıb.

"Xəbəraz.az " xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev qarşılaşmanı şərh edib: "Erkən qol buraxmağımız oyuna təsir etdi. Futbolçularımız fərdi oyuna üstünlük verdilər. Bu cür oyunu bəyənmirəm. Bəzi futbolçuları başa salmaq lazımdır ki, komanda oyunu oynamaq lazımdır. Amma hələ ki, futbolçular bunu başa düşmürlər. Fəhmini tez əvəzləməyim taktiki baxımdan atılan addım idi".

Əsgər Abdullayev komandanın yeni transferi Nikolas Kanalesin nə vaxt yaşıl meydanlarda olmasına da münasibət bildirib: "Əvvəlki oyunlarda dediyim kimi, hücumda problemlərimiz var. Kanales hazırda komandamızla birgə məşq edir. İnşallah gələcək oyunlarda onu meydanda görəcəyik".

Mütəxəssis həmçinin "Qarabağ”ın qolu zamanı Ayltonun səhv etdiyi epizod barədə fikir bildirib: "Biz o insanı başa salmağa çalışırıq ki, fərdi şəkildə futbol oynamasın. Yəqin ki, səhvə görə cəzalanacaq”.


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
10-05-2016, 06:33 Neftin qiyməti dəyişdi

bütün xəbərlər
____ Instagram ___