Paltar asılmasının qadağan edildiyi BİNALAR
Tarix: 12-04-2015 | Saat: 16:42
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Mərkəzi küçələrdə yaşayış binalarının divarlarına yeni elanlar vurulub.
Bakının mərkəzi küçələrində yaşayış binalarının divarlarına yeni elanlar vurulub. Bu elanlarda binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulmasının, paltar asılmasının qadağan edildiyi bildirilir.
Xeberaz.az virtualaz.org-a istinadən xəbər verir ki, bu elanlar dünəndən etibarən paytaxtın mərkəzi küçələrindəki binaların üstünə vurulub. Sakinlərin müxbirimizə verdiyi məlumata görə, mənzillərə bir-bir gedilərək onların sahiblərinə xəbərdarlıq da edilib.
Elanın mətninin altında “Müdiriyyət” sözü yazılıb. Sakinlərdən əldə etdiyimiz məlumata görə, elanlar Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vurulub.
Qeyd edək ki, balkona paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Daha sonra isə bir neçə ay Sumqayıt şəhərində də bu cür qadağalar tətbiq edilib. İndi isə Bakıda bu cür qadağanın qoyulmasına başlanıb.
Belə güman edilir ki, BŞİH bu addımı iyunda Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq məqsədi ilə atıb. Meriya paytaxtda onun estetik görünüşünə xələl gətirə biləcək mənzərələrin olmamasına bu yolla çalışır.
Xəbəri paylaş
6058 dəfə oxunub.
Digər xəbərlər

14-11-2020, 10:48
Vilayət Eyvazovdan yeni TƏYİNAT
6-01-2018, 13:15
İstirahət gününün havası-yağış,qar..
25-06-2021, 13:56
Bakıda küçədə sürücünü döyüb öldürənlər tutuldu
9-08-2023, 09:56
Əri Rusiyada olan qadın başqası ilə münasibət qurdu, bunu bilən oğlu isə... - Bakıda DƏHŞƏTLİ QƏTL
11-04-2015, 13:52
Azərbaycan poçtu göstərdiyi xidmətin keyfiyyətinə görə növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.
3-09-2017, 11:41
Ürəyin və sinir sisteminin sağlamlığı üçün İYDƏ yeyin
5-07-2015, 22:07
88 yaşlı Fidel Kastro pendir istehsalçıları ilə görüşdü (VİDEO)
24-05-2022, 12:03
Diplomsuz mollalar məscidlərdən UZAQLAŞDIRILIR
2-12-2016, 10:34
Bakıda “Təcili yardım” qəzaya düşüb - Xəstə ölüb, tibb bacısı...
7-01-2023, 12:52
Bu avtomobillərdən istifadə etməyin - DYP-dən MÜRACİƏT