Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarov: "Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaqda əlverişli imkanlar yaradır"
Tarix: 19-02-2016 | Saat: 12:50
Bölmə:M / Karusel / M2 | çapa göndər

Elmar Məmmədyarov: "Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaqda əlverişli imkanlar yaradır"

Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə çıxışında deyib.

Nazir qeyd edib ki, bugünkü üçtərəfli görüşdə iştirak etməyimdən məmnunluq ifadə edərək, nazirləri və dost Gürcüstan və Türkiyə nümayəndə heyətlərini salamlayıram və fürsətdən istifadə edib səmimi qonaqpərvərliyə görə Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm: "Yüksək səviyyəli ikitərəfli və üçtərəfli münasibətlər, bu formatda keçirilən müntəzəm görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır və müxtəlif sahələrdə əməkdaşlığımızın vəziyyətinin gözdən keçirilməsinə imkan yaradır. Bu baxımdan 2013-2015-ci illəri əhatə edən Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planı üçün nəzərdə tutulan üçtərəfli layihələri xüsusi qeyd etmək istərdim".

E.Məmmədyarov bildirib ki, ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır: "Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır. Bildiyiniz kimi, Azərbaycan hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif edib. BTC layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb Dəhlizinin əsas seqmenti olacaq".

Nazir E.Məmmədyarov sonra deyib: "Bununla yanaşı, regionda sülhə və inkişafa maneələr də qalmaqdadır: "Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac var. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Nitqimin sonunda qarşılıqlı səylərimizin müxtəlif sahələrdə ölkələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğımızı ifadə etmək istərdim".


Xəbəri paylaş

5728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___