UBM Group Xocalı soyqırımının 24-cü ildönümünü yad etməklə bağlı təbliğat kampaniyasına start verib
Tarix: 18-02-2016 | Saat: 16:53
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Mediada və xarici ölkədə təbliğatı gücləndirməyə dəvət edir
UBM Group Xocalı soyqırımının 24-cü ildönümünü yad etməklə bağlı təbliğat kampaniyasına start verib.
UBM Group Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrdə Justice for Khojaly! “Xocalıya ədalət!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına başlayıb. Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - İngilis, Fransız, Alman, Rus və Azərbaycan dillərində hazırlanıb.
Məlumatda qeyd olunub ki, UBM Group “Justice for Khojaly” təşəbbüsünü dəstəkləməklə və bu kampaniya çərçivəsində, müasir vasitələrdən istifadə etməklə, Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.
UBM Group hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir. Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #justiceforkhojaly #armenianaggression #armenianterror #khojaly həştəqlərindən istifadə oluna bilər:
https://www.facebook.com/JusticeForKhojaly
https://twitter.com/justice_khojaly
https://www.instagram.com/justice_khojaly/
https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8Xk...
UBM həm Azərbaycanda, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı paylaşılan təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və xarici ölkədə təbliğatı gücləndirməyə dəvət edir.
Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.
“Justice for Khojaly” (“Xocalıya ədalət”) kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə ilk dəfə olaraq Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə başladılmışdır. Qeyd edək ki, UBM Group Azərbaycan xalqının üzləşdiyi faciələr barədə dünya ictimaiyyətini əhatəli şəkildə məlumatlandırmaq üçün, korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirməyi qərara almışdır. Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılmışdır.
Xəbəri paylaş
6148 dəfə oxunub.
Digər xəbərlər

28-08-2016, 14:14
Məşhur jurnalist intihar etdi
31-10-2015, 15:12
“AGBank” jurnalistlər üçün “açıq qapı günü” elan etdi
29-07-2017, 14:00
İslam Kərimovun qızı cinayət əməllərini necə ört-basdır edimiş? - Gülnarə Kərimova haqqında İLGİNC DETALLAR
24-01-2017, 17:40
Ruslar Ermənistana adi pasportla gedəcək
6-10-2022, 10:19
Qaradağda top mərmisi aşkarlandı - VİDEO - FOTO
28-10-2015, 18:31
Baş Prokurorluqdan Elşad Abdullayevin qardaşı ilə bağlı açıqlama
27-04-2016, 18:28
MT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu başa çatdı
1-05-2017, 10:03
“Əl-Torqovı”da “ərəbləşən” restoranlar -FOTOLAR
5-01-2019, 10:57
"O aparıcı bir ay efirdə qarğa kimi banladı" - "Mənə toxunan adamların axırı pis olur"