Bakıda yol polisinin avtomobilini çəkiclə əzən şəxsdən narkotik götürülüb
Tarix: 18-02-2016 | Saat: 12:24
Bölmə:M / Karusel / Hadisə / Araşdırma | çapa göndər
Ötən gün Bakıda yol polisinin avtomobilini çəkiclə əzən şəxs barəsində cinayət işi başlanıb.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə də aşkarlanıb.
Məlumata görə, Ş. Bəylərov hadisəni törədərkən sərxoş olub və polis avtomobilinə 30 min manatdan çox ziyan vurub. Ş. Bəylərov ilkin ifadəsində törətdiyi hadisəni müxtəlif səbəblərlə izah etməyə çalışıb: “Şahin Bəylərov məsuliyyətdən yayınmaq üçün bir-birinə zidd müxtəlif səbəblər göstərib. Belə ki o, ifadələrindən birində yol polisi əməkdaşının onu təhqir etdiyini, məhz bu səbəbdən də onun avtomobilini əzdiyini deyib. Lakin polis əməkdaşı Şahin Bəylərovu ümumiyyətlə, tanımadığını, onların arasında hər hansı bir söhbətin olmadığını bildirib.”
Qeyd olunub ki, Ş. Bəylərovun psixi durumunda problemlərin olduğu qaçılmazdır. Həkim müayinəsindən sonra bu məsələyə də aydınlıq gətiriləcək.
Xatırladaq ki, dünən saat 14.15 radələrində Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.
Hadisəni törədən Ş. Bəylərov saxlanılıb.
Xəbəri paylaş
5718 dəfə oxunub.
Digər xəbərlər

30-12-2016, 01:55
Sabir Rüstəmxanlıya ağır itki
14-04-2017, 23:15
Fatimənin özündən gözəl qızı Aydan ilə - FOTOLAR
4-09-2017, 14:40
Liftdə iki qadını bıçaqlayan sevgililər saxlanılıb - NİZAMİDƏ +FOTO
19-01-2019, 14:40
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
5-05-2017, 20:38
Bakı sakinləri ən çox hansı avtomobilləri sevir? - SORĞU
4-01-2019, 09:41
Qubada ailə dramı: Qadın ərindən 5 gün sonra özünü asdı
4-08-2021, 13:32
Bakı çimərliyində kütləvi dava - Qıza söz atdığına görə / VİDEO
7-07-2015, 17:35
Bakı bulvarında intihara cəhd – VİDEO
23-11-2016, 16:47
Dar cins şalvarları qarderobunuzdan çıxarın - ZƏRƏRLƏRİ
9-08-2016, 11:23
Yol polisi piyadaya gülməli bildiriş göndərdi - BAKIDA+VİDEO/FOTO