Şəxsiyyət vəsiqəsi haqqında” Qanuna aşağıdakı məzmunda 9-cu maddə əlavə edilib
Tarix: 16-02-2016 | Saat: 19:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Prezident sərəncam imzaladı.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi sərəncam imzalayıb.
Xəbəraz.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişiliklər edilib:
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna aşağıdakı məzmunda 9-cu maddə əlavə edilib:
“Maddə 9. Keçid müddəaları
9.1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının (bundan sonra - 15 yaşı tamam olmamış vətəndaş) fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da 2017-ci il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi verilir.
9.2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra - qanuni nümayəndəsinin) ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.
9.3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.
9.4. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin ikinci hissəsinin altıncı-səkkizinci abzaslarında göstərilən məlumatlar daxil edilmir.
9.5. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.”.
Qeyd edək ki, bu qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
Xəbəri paylaş
7028 dəfə oxunub.
Digər xəbərlər

13-04-2017, 18:03
Bakıda sosial şəbəkədə oğlanla tanış olan qızın başına iş gəldi
24-12-2015, 09:52
Cəbhədən son xəbər
21-12-2020, 13:08
Astarada çayxana işlədən şəxs və müştəriləri polis şöbəsinə gətirildi
3-12-2015, 11:11
Türkiyədə 5,5 bal gücündə zəlzələ baş verib
9-07-2016, 01:18
Ayaqları kəsilən xalq artistindən XƏBƏR VAR
30-04-2016, 17:29
Uçan motosiklet yaradıldı - Video
14-05-2022, 10:13
Təhlükəli şprislər yenidən satışda - Xəstəxana və apteklərə bunları kim verir? - ARAŞDIRMA
8-12-2015, 21:42
Vasif Talıbov generalın xanımını niyə işdən çıxarıb?
4-11-2016, 18:14
SOS: Azərbaycanda "duzlu" TƏHLÜKƏ
6-10-2016, 01:15
Putinin barelyefi olan Ayfon-7 buraxıldı - Foto