Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva: Bakı bütün Avropanı qəbul etməyə hazırdır – FOTO
Tarix: 11-04-2015 | Saat: 16:28
Bölmə:M / Karusel / İdman / Müsahibə | çapa göndər

Mehriban Əliyeva: Bakı bütün Avropanı qəbul etməyə hazırdır – FOTO
“Biz Azərbaycanda ənənələrə çox böyük hörmət bəsləyirik”.

Aprelin 10-da Moskvada ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları – “Bakı-2015”in təqdimat mərasimi keçirilib.

Xeberaz.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da iştirak edib.

Birinci xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Ukrayna” mehmanxanasının konqres mərkəzinə gəliblər.

Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkil etdiyi tədbirdə Rusiyanın ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirdi ki, gəncliyi, tələbəlik illərini keçirdiyi və çox xoş xatirələrlə bağlandığı Moskvaya səfər etməkdən çox şaddır:

“Çox yaxın və xeyirxah insanların əhatəsində olmaq isə ikiqat xoşdur. Mən hər birinizi ürəkdən salamlamaq və bugünkü gecəni bizimlə birlikdə keçirdiyiniz üçün dərin minnətdarlığımızı bildirmək istəyirəm”.

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan və Rusiya arasında münasibətlər möhkəm tarixi bünövrəyə əsaslanır.

“Uzun illər ərzində xalqlarımızı humanitar, mədəni, insani əlaqələr birləşdirib və bütün bunlar ikitərəfli siyasi, iqtisadi və dövlət münasibətlərinin inkişafı üçün çox əlverişli iqlim yaradıb. Biz Azərbaycanda ənənələrə çox hörmət edirik və tarixi keçmişimizə diqqətlə yanaşırıq. Və biz hesab edirik ki, bugünkü Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə əsaslanan dostluq, mehriban qonşuluq münasibətlərinə bir nümunədir”, - deyə, birinci xanım bildirib.

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan və Rusiyanın əməkdaşlığı ictimai həyatın bütün sahələri – həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edir.

“İkitərəfli münasibətlərə yeni impulsu Rusiya prezidenti Vladimir Putinin 2013-cü ilin yayında Azərbaycana gerçəkləşdirdiyi səfər verib. Rusiyanın nüfuzlu dövlət adamlarının rəhbərlik etdiyi nümayəndə heyətlərinin il boyu Azərbaycana səfərləri iki ölkə arasında münasibətlərə öz töhfəsini verib”, - deyə, birinci xanım bildirib.

Humanitar əlaqələrdən danışan Mehriban Əliyeva bildirib ki, Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan indiyədək rusdilli təhsil tam həcmdə saxlanılıb.

“Ölkədə tədrisin rus dilində aparıldığı 300-dən çox məktəb var. Slavyan universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Bu tədris müəssisəsi Azərbaycanda aparıcı ali məktəblərdən birinə çevrilib. Ölkədə Rus dram teatrı, Rusiya mədəni mərkəzi fəaliyyət göstərir”, - deyə, M.Əliyeva vurğulayıb.

Birinci xanımın sözlərinə görə, bu gün Azərbaycanda idman, olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin prirotetlərindən biridir.

“Ölkəmizdə böyük beynəlxalq yarışların keçirilməsi üzrə yaxşı təcrübə toplanıb. Bakıda müntəzəm olaraq Avropa və dünya çempionatları keçirilri və bu tədbirlərin yüksək səviyyədə təşkili həm idmançılar, həm də nümayəndə heyətləri tərəfindən qeyd edilib.

Bir sözlə bütün bu amillər və idmançılarımızın uğurları, dövlətin idmana güclü dəstəyi, müasir idman infrastrukturunun olması və ölkənin sürətli inkişafı Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi qərarının kökündə dayandı.

Bu oyunlar Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə ki, ilk Avropa Oyunlarını qəbul və təşkil etmək böyük şərəf və böyük məsuliyyətdir. Oyunlarda idmanın 16-sı olimpiya olmaqla, 20-dən çox növündə 6 mindən çox atlet mübarizə aparacaq.

Və əlbəttə ki, Bakı Oyunları gələcək Oyunlar üçün səviyyə, standartı müəyyənləşdirəcək. Hazırlığa 2 il yarım vaxt ayrılmasına baxmayaraq, biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik. Güclü Təşkilat Komitəsi bunun üçün zəruri olan hər bir şeyi edir. Biz beynəlxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalarla əməkdaşlıq edirik”, - deyə, birinci xanım qeyd edib.

Mehriban Əliyevanın sözlərinə görə, oyunları 1000-dən çox yerli və xarici müxbir işıqlandıracaq. 50-dən çox şirkət Oyunları 100-dən çox ölkədə yayımlayacaqlar:

“Əlbəttə ki, Avropa Oyunlarını qəbul edək ölkə kimi biz qonaqların Azərbaycan haqqında daha çox öyrənməsini istəyirik. Müstəqil dövlət kimi o, gəncdir. Lakin bu ölkənin dərin tarixi kökləri, zəngin mədəniyyəti var. Bilirsiniz ki, paytaxtımız Bakı şəhəri Böyük İpək Yolunun üzərində, Qərb və Şərqin kəsişməsində yerləşir və bir çox mədəniyyət və sivilizasiyaların ruhunu, mədəniyyətini özündə birləşdirir.

Bu gün, Oyunların başlamasına 2 ay vaxt qaldığı bir vaxtda bizim bütün komandamız diqqətini final hazırlıq işləri üzərində cəmləşdirib. Lakin artıq bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırdır. Biz möhtəşəm sülh, dostluq və idman yarışının ərəfəsindəyik. Mən əminəm ki, birinci Avropa oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçiriləcək”.

Daha sonra Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çıxış edib.

O, Avropa Olimpiya Komitəsinin vacib və düzgün qərar qəbul etdiyini bildirib – Avropaya öz Oyunları lazım idi.

“Çox gözəldir ki, bu ilk Oyunlar möhtəşəm, gözəl Bakı şəhərinə, Azərbaycana verildi . Bu həqiqətən də çox düzgün qərar idi. Biz Azərbaycanda idmanı necə sevdiklərini, Bakının xeyli sayda böyük yarışa ev sahibliyi etdiyini, böyük təcrübəyə malik olduğunu bilirik”, - deyə, o, bildirib.

Jukovun sözlərinə görə, Bakı sadəcə gözəl, möhtəşəm şəhər yox, həm də idman şəhəridir.

“Heç bir şübhəm yoxdur ki, Bakı bu oyunları möhtəşəm şəkildə keçirəcək”, - deyə, A.Jukov vurğulayıb.

Rusiya Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, onun ölkəsi Avropa Oyunlarına çox ciddi hazırlaşır. Rusiya komandasının tərkibində ən güclü idmançılar olacaq.

Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunmuş filmə baxdılar. Filmdə “Bakı-2015” Avropa Oyunlarına hazırlıq işləri əskini tapıb.


Xəbəri paylaş

7238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___