Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dövlət Komitəsində korrupsiya olayı təsdiqləndi
Tarix: 15-02-2016 | Saat: 13:24
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Dövlət Komitəsində korrupsiya olayı təsdiqləndi

Respublika Prokurorluğu

''Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün''

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Aparat rəhbəri vəzifəsindən azad edilib.

"Report"un məlumatına görə, Səfər İmanov 1 noyabr 2015-ci ildə öz ərizəsi ilə işdən çıxıb.

Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report"un sorğusuna cavab olaraq bildirib ki, S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov AQUPDK-də olub.

A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

"Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib", - E.Səfərov əlavə edib.


Xəbəri paylaş

5848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___