Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əsədə ultimatum: “Ya istefa versin, ya da güc yoluyla gedəcək“
Tarix: 14-02-2016 | Saat: 15:18
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər

Əsədə ultimatum: “Ya istefa versin, ya da güc yoluyla gedəcək“
Səudiyyə krallığının xarici işlər naziri Adel əl-Cübeyr Bəşər Əsədin istənilən halda öz postunu tərk edəcəyini bildirib
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nazir Suriya liderinin iqtidardan ya könüllü, ya da güc yolu ilə gedəcəyini deyib: «Ya özü könüllü şəkildə istefa versin, ya da güc yolu ilə getməli olacaq».

CNN telekanalına müsahibəsində Cübeyr onu da qeyd edib ki, Səudiyyə münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Lakin Əsəd və müttəfiqlərinin ucbatından məsələ dalana dirənərsə, güc yoluna əl atmaqdan başqa çarə qalmayacaq: «Ər-Riyad Suriya ərazisinə quru qoşunları göndərməyə hazırdır. Bir şərtlə ki, bu, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya daxilində olsun”.

Xatırladaq ki, fevralın 11-də Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatına başlayacağını bəyan edib. Suriya rəhbərliyi isə buna cavab olaraq bildirib ki, Dəməşqin razılığı olmadan Suriyada quru əməliyyatlarına qatılanlar evlərinə tabutda dönəcəklər.


Xəbəri paylaş

5758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___