Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
24 yaşlı Azərbaycan Hərbi Hava Qüvvələri – FOTO
Tarix: 14-02-2016 | Saat: 15:14
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

24 yaşlı Azərbaycan Hərbi Hava Qüvvələri – FOTO
MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar bizdədir.

Azərbaycanda Hərbi Hava Qüvvələri (HHQ) günü qeyd olunur.

Xəbəraz.az xəbər verir ki, 14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həmin ilin sentyabrında imzaladığı fərmanla 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur.

Bildirək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərin birində həlak olub. Maraqlıdır ki, müasir dövrdə Azərbaycan ordusunda olan ilk qırıcı təyyarə baş leytenant Vaqif Qurbanovun keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq ölkəmizə gətirdiyi “Su-25” təyyarəsi olub.

Belə ki, 1992-ci ilin aprelin 8-də baş leytenant V.Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan “Su-25” döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyyarəni arsenalına qəbul edib.

Az sonra “Nasosnı” - indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşinin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib.

1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib. 2008-2010-cu illər ərzində isə HHQ-nin aviaparkı müasirləşdirilib.

Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.

Xəbəri paylaş

2 3298 dəfə oxunub.

Digər xəbərlər
12-08-2017, 09:50 Cəbhədən YENİ XƏBƏR

bütün xəbərlər
____ Instagram ___