Müdafiə Nazirliyinin baş zabitlərinə hökm oxundu
Tarix: 14-02-2016 | Saat: 14:57
Bölmə:M / Siyasət / Gündəm | çapa göndər
Gəncə Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü Seymur Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndiriliblər.
Seymur Ağayev və Ələsgər Musayev birlikdə 1800 manat, Rövşən Məmmədli isə 40 min manat rüşvət almaq ittiham olunur. Onlar yoxlama apardıqları hərbi hissələrdə aşkarladıqları çatışmazlıqları gözardı etmək üçün rüşvət alıblar. Rüşvət aldıqları hərbi hissələr Gəncə korpusuna daxildir.
Dövlət ittihamçısı çıxış edərək hər üç təqsirləndirilən şəxsə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə təqsirləndirilənlərin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokuorluğuna göndərilib.
Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Xəbəri paylaş
5608 dəfə oxunub.
Digər xəbərlər

22-11-2015, 20:19
Manatın ucuzlaşması ərzaq bazarına necə təsir etdi?
26-02-2020, 12:08
İsgəndər Həmidov vəfat etdi
25-06-2015, 13:49
Orta məktəb direktoru haqqında polisə şikayət var
8-08-2016, 14:06
Xatirə izləyicilərinə küçə söyüşü söydü - “Ağzınızı…” – FOTO
9-01-2016, 16:13
Elza Kim Çen Ina şeir yazdı - VİDEO
14-07-2015, 20:32
Bakıda MDB üzrə ilk əməliyyat aparıldı
10-04-2016, 16:13
Xaçmazda güclü külək: Ciddi fəsadlar var
16-03-2017, 12:40
Mövludun intiharının bəzi TƏFƏRRÜATLARI məlum oldu - FOTO
21-06-2015, 19:13
Baloğlan Əşrəfov onu "öldürənlər"i məhkəməyə verəcək