“Şeyx şöbə müdirlərini topladı - Foto
Tarix: 13-02-2016 | Saat: 23:08
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirlərinin dini qurumlarla işin təşkilatçıları olan müavinləri ilə geniş tərkibdə görüş keçirilib.
QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə idarənin Qazılar Şurasının üzvləri, habelə yerlərdəki səlahiyyətli nümayəndələri, axundlar, imamlar iştirak ediblər.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin təkmilləşdirilməsi kurslarının uğurları, din xadimlərinin xütbə və moizələrinin keyfiyyətinin artırılması istiqamətində QMİ tərəfindən atılan addımlar, Bakı İslam Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi yönündə görülən işlər barədə toplantı iştirakçılarını məlumatlandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni yaradılmış təsisat təmsilçilərinə ənənəvi islami dəyərlərin qorunub saxlanılmasında uğurlar diləyib, din xadimlərinə QMİ-nin Nizamnaməsində əksini tapan səlahiyyət və vəzifələrini daha artıq səylə gerçəkləşdirmələrini tövsiyə edib.
Sonda toplantı iştirakçılarını maraqlandıran suallara cavab verilib, onlara müqəddəs Qurani-Kərim nüsxələri hədiyyə edilib.
Xəbəri paylaş
6568 dəfə oxunub.
Digər xəbərlər

15-12-2016, 12:49
15 yaşlı azərbaycanlı Türkiyədə həkimi qorxuya saldı - FOTO
13-10-2015, 22:53
Türkiyədə növbəti qarşıdurma — 11 ölü
2-01-2021, 01:16
Ərdoğan İlham Əliyevə zəng etdi
5-09-2017, 11:16
Payız depressiyasına tutulmusunuzmu? -TESTPsixoloq açıqlaması
2-01-2019, 20:17
Yeni ilin ilk iş günü hava necə olacaq?
21-11-2021, 12:22
Əhali üçün TƏHLÜKƏ olan “ATENA” süd məhsulları…- ATENA ağartı deyil, qaraltı istehsal edir…
26-04-2016, 14:40
Cinayətkar dəstə ifşa olundu
16-10-2016, 13:22
İki qardaşdan qeyri-adi ov üsulu: Balıqları... - FOTOLAR
6-04-2019, 18:32
"Uşaqlarım artıq-əskik paylaşım etsə, başlarını kəsərəm" -
16-05-2019, 16:24
"Günay adam tutub məni öldürtmək istəyirdi" - Tolqadan ŞOK SÖZLƏR