Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kütləvi işçi qəbulu başlayıb - 3000-nə yaxın
Tarix: 09-02-2016 | Saat: 23:26
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Kütləvi işçi qəbulu başlayıb - 3000-nə yaxın
“Azərbaycan Dəmir Yolları” kütləvi olaraq işçi qəbuluna başlayıb. Bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, artıq 300 nəfər işə qəbul olunub. Mart ayına qədər daha 1700 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub:

“Bu 2 min nəfər bizim İnfrastruktur Departamentində işləyəcəklər. Əsasən fəhlə işləridir, yollarda təmirlə məşğul olacaqlar. Amma bir şərt var. İşə qəbul olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmək və ordan təqdim etmək lazımdır”.

XXX
Azərbaycanda daha bir dövlət qurumu kütləvi olaraq işçi qəbulu həyata keçirir. Söhbət “Azərsu” ASC-dən gedir. Bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, təmsil etdiyi 1200 nəfərin işə götürülməsini planlaşdırır: “İşə qəbul həm Bakı, Sumqayıt və Abşeronda, həm də regionlarda olacaq. Artıq son məlumata görə, 300 nəfər işə götürülüb. Onların hamısı əmrləşdirilib və protokola işlənib”.

Mənbə: Fins.az


Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___