Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda hündürmərtəbəli yanıb kül oldu – FOTO + VİDEO + YENİLƏNİB
Tarix: 10-04-2015 | Saat: 23:02
Bölmə:M / Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Bakıda hündürmərtəbəli yanıb kül oldu – FOTO + VİDEO + YENİLƏNİB
“İstəyənləri yerlə təmin edəcəyik”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb"

Xeberaz.az APA-ya istinadən xəbər verir ki, R. Xudiyev deyib ki, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq". İcra başçısı deyib ki, sakinlərdən bəziləri yaxın qohumlarının evində gecələyəcəklərini bildiriblər: “İstəyənləri yerlə təmin edəcəyik”.

21:18

Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Sakinlərin hamısı təxliyyə olunub.

20:10

Bakının Fəhlə prospektində “Nargilə” kafesinin yaxınlığında yerləşən binalardan birində güclü yanğı başlayıb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda onlar yanğını söndürməyə çalışırlar.

Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Alfred Nobel pr. Zığ Şos. Kəs.-də Nargilə kafesinin arxasında yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həmin istiqamətlərdə (Ramiz Quliyev küç., Zığ şos., Nobel pr.) sıxlıq yaranıb.

Sürücülərdən xahiş olunur Heydər Əliyev prospekti və ya Babək prospekti ilə hərəkət etsinlər.

[media=https://youtu.be/ObyOZZIUdrk]


Xəbəri paylaş

7338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___