Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tural Abbaslı: “Hamımız Müsavatdan istefa verəcəyik”
Tarix: 08-02-2016 | Saat: 17:38
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Tural Abbaslı: “Hamımız Müsavatdan istefa verəcəyik”
“May ayında “Ağ blok”un qurultayı keçiriləcək. Bloku partiyaya çevirəcəyik”

Bunu APA-ya açıqlamasındaMüsavat Partiyası başqanlığına sabiq namizəd, “Ağ blok”un həmtəsisçisi Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, blokun partiyaya çevrilməsi barədə artıq ilkin qərar verilib və qurultayda elan olunacaq: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, tam qeydiyyatlı siyasi partiya olaraq fəaliyyət göstərək. Buna görə də blokun qurultayından sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyi düşünürük”.

T. Abbaslı Müsavatdakı aqibətlərinə də aydınlıq gətirib. O qeyd edib ki, blok üzvlərinin adları Müsavat Partiyası sıralarında olsa da, faktiki, ayrı siyasi qüvvə kimi fəaliyyət göstərirlər: “Biz yalnız kağız üzərində Müsavat üzvü sayılırıq. Qurultay ərəfəsində hamımız Müsavat Partiyasından istefa verəcəyik. Qanunvericilikdə də bir şəxsin iki partiyada təmsil olunması qadağandır”.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___