Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Addım at!” adlı poemasının təqdimatı keçirildi
Tarix: 06-02-2016 | Saat: 15:58
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Addım at!” adlı poemasının təqdimatı keçirildi
Fevralın 6-da Beynəlxalq Mətbuat Mərkəzində yazıçı, filoloq Azər Hacıbəylinin Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Addım at!” adlı poemasının təqdimatı keçirilib.

Xəbəraz.az xəbər verir ki, təqdimat Azərbaycan Gənc Diplomatlar İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə müəllif çıxış edərək Milli Qəhrəmanın keçdiyi döyüş yolundan, onun düşmənə qarşı apardığı amansız mübarizədən söz açıb. Müəllif, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat verərək onun qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırıb.

A.Hacıbəyli poemanın ərsəyə gəlməsində və təqdimatın təşkilatçılığında zəhməti keçən hər kəsə minnətdarlığını bildirib.

Tarix elmləri doktoru, professor Atamoğlan Məmmədli çıxış edərək poemanın mükəmməl vətənpərvərlik ruhu aşılaması və bunun Milli Qəhrəmanın xatirəsinə verilmiş yüksək dəyər olduğunu söyləyib.

Qeyd olunub ki, poemanın ehtiva etdiyi təkbaşına cəsurluq, igidlik, mərdlik nümayiş etdirən, Vətən uğrunda döyüşdə şəxsi nümunə göstərən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir. O, həmçinin Azərbaycan gəncliyinin özünəinam, qələbə və şanlı zəfərə çağırış təcəssümü olmaqla yanaşı, qəhrəman əsgərimizin fədakar simvoludur.

Sonra “Addım at!” poeması təqdim olunub. Poemada müəllif Azərbaycan qəhrəmanlıq ənənəsindən bəhs edir. İgidlik məktəbinin davamçısı Mübariz İbrahimov fenomeninin mahiyyəti açılır, onun daxili aləmi, mənəvi dünyası tərənnüm edilir. “Nədir yetişdirən qəhrəmanları?” sualının cavabı bədii şəkildə, ustalıqla verilir. Əsərin sonunda müəllifin əsərin qəhrəmanı ilə maraqlı və nikbinlik yaradan dialoqu təqdim olunur.

Xəbəri paylaş

8518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___